Krevo Qalasi - Wikipedia
Kreva qalası (belar. Крэўскі замак, lit. Krėvos pilis, pol. zamek w Krewie) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən 220 metr (720 ft) yüksəkdə yerləşir.[1]
Krevo qalası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 54°18′33″ şm. e. 26°16′56″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya Müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu. Qalanın qalıqları 19-20-ci əsrlərdə, xüsusən 1929-cu ildən Polşa tərəfindən qorunub saxlanılır. Lakin abidə getdikcə daha da dağılır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "Kreva Castle Elevation and Position". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
Xarici keçidlər
redaktə- (ingilizcə) Krevo qalası Arxivləşdirilib 2020-11-16 at the Wayback Machine Belarusiya Respublikasının rəsmi saytında Arxivləşdirilib 2018-01-15 at the Wayback Machine
- (rusca) Globus.tut.by saytında Krevo qalası
- (belarusca) Krevo qalasının tarixi
- (belarusca) Krevo Qala Xeyriyyə Fondu