Kral Mescidi Konstansa - Wikipedia
Kral məscidi (rum. Geamia Regelui, türk. Kral camisi), I Karol məscidi (rum. Moscheea Carol I) və ya Böyük Konstansa məscidi (rum. Marea Moschee din Constanța) — Rumıniyanın Konstansa şəhərində yerləşən məscid.
İslam | |
Kral məscidi | |
---|---|
Marea Moschee din Constanța | |
| |
Yerləşməsi | |
Ölkə | |
Yeri | Kontstansa, Rumıniya |
Memarlıq | |
İnşa tarixi | 1910 – 1912 |
Memarı | Viktor Ştefanescu |
Minarələrin sayı | 1 |
Minarələrin hündürlüyü | 45 metr[1] |
Günbəzlərin sayı | 1 |
Tutumu | 100 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKeçmişi, Osmanlı sultanlarından biri olan II Mahmudun əmri ilə 1823-ci ildə Müqəddəs Mehmet Paşa tərəfindən tiktirilmiş olan Mahmudiye Məscidindən ilhamlanmışdır. 1910-ci ildə Rumıniya Kralı I Karol, Birinci Dünya Müharibəsində Rumıniya üçün döyüşən müsəlman anadolu türklərinin və Krım tatarlarının sədaqətini mükafatlandırmaq üçün tikilən məscid, Mahmudiye Məscidinin təməllər üzərinə 1910-ci ildə tikintisi başlamış, 1912-ci ildə isə bitmişdir[3][4]. Yenidən xidmətə açıldıqdan sonra məscidi kralın tikdirməsi səbəbiylə Kral məscidi adı verilən məscidin memarı Viktor Ştefanescu adlı bir rumın idi.
Memarlıq quruluşu
redaktəRumıniyanın ilk dəmir-beton binası olan tarixi məscidin minarəsinin uzunluğu 45 metrdir. Tutumu 100 nəfərdir.
Tarixi Kral məscidi, Konstansanı ziyarət edən turistlərin ən çox maraq göstərdiyi məkanlar arasında iştirak edir. Bu tarixi tikilini ziyarət edənlər eyni vaxtda məscid içərisindəki 200 illik ən böyük tarixi xalçanı da görmə fürsətini tapır. Sultan II Əbdülhəmid tərəfindən hədiyyə edilən 144 kvadrat metrlik və 483 kq ağırlığındakı xalça ziyarətçilərin böyük marağı ilə qarşılaşır.[5]
Qalereya
redaktə-
Konstansa Kral məscidinin uzaqdan görünüşü
-
Konstansa Kral məscidinin yaxından görünüşü
-
Konstansa Kral məscidinin girişi
-
Kral məscidinin günbəzi
Xarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ - Dobruca'nın Hoşgörüsünü Kral Camii Yansıtıyor (azərb. haberler.com - Dobrucanın tolerantlığını Kral məscidi əks etdirir). 6 Yanvar 2016 tarixində [1][ölü keçid] arxivləndi. 2013-cü ilin oktyabr ayının 23-də alındı.
- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ ekoloji magazin "ekoloji magazin - El Yordamıyla Köstence" Arxivləşdirilib 2013-05-11 at the Wayback Machine.v 2013-cü ilin Oktyabr ayının 23-də alındı.
- ↑ "Marea Moschee din Constanța" (azərb. Böyük Konstansa Məscidi). 10 Sentyabr 2015 tarihinde mənbəyindən arxivləndi. 2013-cü ilin Oktyabr ayının 23-də alındı.
- ↑ "Carol I Mosque"(azərb. I Karol Məscidi) (İngilis dilində). 31 İyul 2014 tarixində mənbəyindən arxivləndi. 2013-cü ilin Oktyabr ayının 23-də alındı.