Kotam Dagi - Wikipedia
Kotam_dağı - Haqqında Məlumat
Kotam dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2821,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən (3147,5 m) cənub-qərbə ayrılan eyniadlı qolunda zirvə. Gənzə kəndindən 4 km-ədək cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı piramidavari qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir.[1]
Kotam dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2821,4 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.