Koryak Muxtar Dairesi - Wikipedia
Koryak muxtar dairəsi (kory. Чав’чываокруг) — 1 iyul 2007 ilə qədər Rusiyanın uzaq şərqində yerləşən federal ərazi. Hazırda Kamçatka diyarının ərazisinə daxildir və Koryak dairəsi adlanır.
Əvvəllər şimaldan Çukotka Muxtar Dairəsi və Maqadan vilayəti, cənubdan isə Kamçatka vilayəti ilə sərhəd olmuşdur. İnzibati şərkəzi Palana qəsəbəsi olmuşdur.
Tarixi
redaktəİnzibati ərazi 10 dekabr 1930-cı ildə yaradılmışdır
22 iyul 1934 ildə Kamçatka vilayətinə birləşdirilir[1].
İlk əvvələr ayrı izibati dairə olmuş və Dalnevostov Federal dairəsinə daxil edilmişdi.
23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.
1 iyul 2007-ci ildə Kamçatka vilayəti və Koryak muxtar dairəsi birləşdirilərək Kamçatka diyarı adlandırılmışdır. Dairənin adından muxtar sözü silinmiş və Koryak dairəsi adlandırılmışdır.
Coğrafiyası
redaktəDairə fiziki baxımdan Kamçatka yarımadasının şimalında yerləşirdi. Ümumilikdə dairə vilayətin ərazisinin 60 % özündə cəmləyirdi. Dairənin ərazisinə materik torpaqlarından başqa Karaqinski adasıda daxil idi. Şərqdən Sakit okeana daxil olan Berinq dənizi ilə yuyulurdu. Dəniz boyu 1500 km sahil zolağına malik olmuşdur. Qərbdən Oxot dənizi ilə əhatələnir.
Dairənin mərkəzi olan Palans qədəbəsi ilə Moskva arasında 12866 km hava məsafəsi vardır.
İqlim
redaktəİqlimi sərtdir, subantartik qurşaqda yerləşir. Sahil zolağı dəniz rütübətli, daxili hissələr isə kontinentaldır. Qışda şaxtalı və qarlı, yayda isə qısa və rütubətli olur. Qışda −24 °S…−26 °S, yayda +12 °S…+14 °S olur. Yağıntının orta illik miqdarı 300–700 mm arasında dəyişir.
Ərazisibəsasən dağlıqdır. Burada tundra və meşə tundra ayılmışdır. Ərazisində minlərlə çay və göl vardır
Əsas çayları: Penjina (713 km), Talovka (458 km), Vıvenka (395 km), Paxaça (293 km), Apuka (296 km), Ukelyat (288 km). Göllər: Taloovskoye (44 km²), Palanskoye (28 km²).
Təbiəti
redaktəFaydalıı qazıntıları: Neft, Qaz, Daş kömür, Dəmir, əlvan metallardan isə Mis, Nikel, Qalay, qiymətli metallardan Qızıl, Plati.
İqtisadiyyat
redaktəƏsas sahələr: Balıqçılıq, Kənd təsərrüfatı, maralçılıq, elektroenergetika, nəqliyyat, turizm və hasilat sənayesi.
İnzibati-ərazi bölgüsü
redaktəRayonları
redaktə- Karaginski rayonu (cənub-şərq)
- Olyotorski rayonu (şimal-şərq)
- Penjinski rayonu (şimal-qərb)
- Tiqilski rayonu (cənub-qərb)
İstinadlar
redaktə- ↑ "О НОВОМ АДМИНИСТРАТИВНОМ ДЕЛЕНИИ ДАЛЬНЕВОСТОЧНОГО КРАЯ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
Mənbə
redaktə- Корякский автономный округ. История, справка, населенные пункты. Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine
- Корякский автономный округ в справочнике-каталоге "Вся Россия" Arxivləşdirilib 2009-06-04 at the Wayback Machine
- Указ Президиума Верховного Совета СССР от 23 января 1956 года "О выделении Камчатской области из состава Хабаровского края в самостоятельную область РСФСР"
- Официальный сайт Думы Корякского автономного округа Arxivləşdirilib 2006-06-26 at the Wayback Machine
- Корякия на сайте Минприроды Arxivləşdirilib 2005-05-05 at the Wayback Machine