Koppeliya - Wikipedia
Koppeliya ( tam adı “Koppeliya, və ya Göygöz gözəl”, fr. Coppélia, yun. κοπελιά - qız, gənc qadın deməkdir.) — fransız bəstəkarı Leo Delibin komik balet əsəri. Baletin librettosu E. Hofmanın "Qum adam" novellası əsasında Şarl Nüiter tərəfindən yazılmışdır. Tamaşanın baletmeystrı A. Sen-Leon olmuşdur. Baletin ilk premyerası 25 may 1870 ci ildə Parisdə, Qarnye Sarayı səhnəsində böyük müvəffəqiyyətlə oynanılmışdır. Premyerada III Napoleon və onun arvadı imperatriça Yevgeni şəxsən iştirak etmişlər. Baletin ilk ifaçıları: Svanilda - Cozefina Bozaççi, Frans - E. Fiokr (travesti), Koppelius - Doti; rəssamlar Ş. Kambon, E. Depleten, Lavastr (dekorasiyalar), P. Lormye (kostyumlar). Koppeliya baleti ilk premyeradan məşhurlaşaraq, bu günə qədər daim bir çox dünya teatrlarında oynanilmaqdadır.
Koppeliya | |
---|---|
fr. Coppélia | |
| |
Tipi | Klassik balet |
Bəstəkar | Leo Delib |
Premyera | |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi
redaktəI akt | II akt | III akt |
---|---|---|
1 Prelude et Mazurka |
10 Entr’acte et Valse |
22 Introduction |
I akt
redaktəŞəhər meydanı
Hofmanın qələmə aldığı alman nağılında hadisə Qaliçiyada başverir. Bu məqsədlə də baletin musiqi biçimi macar və polşa xalq rəqslərindən götürülmüşdür. Səhnədə kiçik bir şəhərciyin dekorasiyaları təsvir olunmuşdur. Evlərin birinin pəncərəsində Kappeliyanı görmək mümkündür. Həmin bu ev ixtiraçı Koppeliusa məxsusdur. Koppeliya öz gözəlliyi və sirliliyi ilə küçədən ona tamaşa edənlərin diqqətini cəlb etməkdədir. Şəhərciyin bir neçə gənc oğlanları ona göz qoymaqlarına baxmayaraq, Koppeliya onlara məhəl qoymur. Səhnəyə əsərin əsas qəhrəmanı Svanilda daxil olur. Svanilda Fransın nişanlısıdır. Svanilda Fransın da diqqıtini cəlb edən sirrli Koppeliya qarşı biganə deyildir. Səhnəyə daxil olan Frans Svanildanın evinə tərəf yaxınlaşır. Lakin onun daim gözü Koppeliyanın pəncərəsinə zillənmişdir. Bunu görən Svanilda bərk narahat olmağa başlayır, hətta Fransdan küsür. Bu zaman meydana burqomistr və insanlar toplaşır. Burqomistr şəhərin yeni zəngli saatı münasibətilə bayram şənliyi olacağını bildirir və Svanildadan Fransla toylarını elə həmin günə salmalarını məsləhət görür.
Gecə şəhər meydanı boşalır. Koppelius evini tərk edib qonşuluqdakı kabareyə bir şeylər içməyə gedir. Qonşuluqdakı qızlar onu dövrəyə alıb onlara qoşulmasını istəyirlər. Koppelius yaxasını onlardan qurtara bilir, lakin evinin açarını itirmiş olur. Qızlar necəsə açarı tapırlar. Svanildanı dilə tutub Kappeliusun evinə daxil olurlar. Sonra qızların və Svanildanın evdə olmasından xəbərsiz olan Frans nərdivanla pəncərədən Koppeliyanın yanına qalxarkən, evinə dönən Koppelius tərəfindən yaxalanmış olur.
II akt
redaktəKoppeliusun ev-emalatxanası
II akt gecə yarısı Koppeliusun evində cərəyan edir. Koppeliusun ev-emalatxanası kitablarla, oyuncaq avtomatları və mexanizmləri ilə sərgilənmişdir. Emalatxanaya soxulmuş qızlar Koppeliyanı görürlər və əmin olurlar ki bu bir gəlincikdir. Əylənərək qızlar oyuncaq və gəlinciklərin mexanizm və yaylarına toxunaraq onları hərəkətə gətirirlər. Fransın nərdivan vasitəsilə pəncərədən evə soxulduğunu duyan Svanilda tez tələsik Koppeliyanın paltarını geyinərək onun yerini tututr. Koppeliusun gəldiyini görən qızlar qaçıb gedirlər. Koppelius tərəfindən yaxalanan Frans ona Koppelinaya aşiq olmasını söyləyir. Bu zaman Koppeliusda gəlincik Koppeliyanı canlandırmaq ideyası yaranır. O, bu məqsədlə Fransı içərisində yuxu dərmanı olan şərabla sərxoş edib yatizdirir. Tilsimin köməyi ilə Koppeliyanı canladırmağa çalışan Koppeliyus gözlərinə inanmır. Gəlincik get-gedə canlanaraq ispan rəqsi ifa etməyə başlayır. Əlindəki qlıncla Koppeliya qiyafətində Svanilda qısqandığı Fransı vurmaq istəsə də Koppelius ona mane olur. Frans ayılanda Svanildanı görür və onunla evi tərk edir. Koppeliyus anlayır ki, o, yanılmışdır canlanan gəlincik deyil, Svanilda imiş.
III akt
redaktəHersoq malikanəsinin bağı - şənlik
Şəhərin yeni zəngli saatı münasibətilə təşkil olunmuş şənliyinin açılışı. Frans və Svanilda yenə barışırlar. Bu zaman peyda olan Koppelius onun emalatxanasına dəyən ziyanın ödənilməsini onlardan tələb edir. Svanilda bu məqsədlə öz cehizini vermək istəyərkən burqomistr etiraz edib pulu özü ödəmiş olur. Beləliklə də alleqorik rəqslərlə şənlik başlanmış olur.