Kontinental Konqres - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir.
Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir.
Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci — "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir.
Birinci Kontinental Konqres
redaktəBirinci Kontinental Konqres 1774-cü il, 5 sentyabrdan 17 oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir. ABŞ-nin yaradılmasında 13 koloniyadan 12-nin 56 təmsilçinin iştirakı ilə toplanmışdır. Təmsilçilərin üzvü olan Corc Vaşinqton (o zaman Virciniya koloniyasının hərbi könüllülərinin komandanı), Patrik Henri və Con Adams təmsil olunduqları koloniyaların başçıları seçildilər. Digər tanınmış nümayəndələr arasında Massaçusets ştatının Bay koloniyasından Samuel Adams və Pensilvaniya əyalətindən Cozef Qallovey və Con Dikkinson iştirak etmişlər. Prezidentləri isə Virciniya ştatından olan Peyton Randolf olmuşdur.
Bencamin Franklin bir il əvvəl də bu cür görüşün keçirilməsinin vacib olduğunu bildirsə də, 1773-cü ildə Boston Limanında britaniyalıların blokadası əleyhinə baş verən "Boston Çay Etirazları"na qədər koloniyaları razı sala bilməmişdi. Britaniya ordusunun bir sıra yerli Amerika tayfalarının hücumundan qorunmasını vacib bilən ən yeni Cənub vilayəti olan Corciyadan başqa bütün koloniyalar Konqresdə iştirak üçün öz təmsilçilərini göndərmişlər. Təmsilçilərin əksəriyyəti Böyük Britaniyanın müstəmləkəçiliyindən xilas olmağa hazır olmasalar da, onlar Kral və Parlament hakimiyyətinin daha ədalətli seçim olduğuna inanırdılar.
1774-cü ildə Parlament tərəfindən qəbul edilən "Dözülməz Hallara Qarşı Akt"a cavab olaraq Britaniyaya iqtisadi boykot elan edilməsi və şikayətlərin cavablandırılması üçün Krala petisiya toplanılması aksiyasına başlanıldı. Koloniyalar öz doğma ölkələrində qanunların bərqərar olması yolunda öz birliklərini göstərməyə çalışsalar da, onların səyləri davamlı olmadı. Pensilvaniya və Nyu York əyalətləri Böyük Britaniya ilə birgə qətnamənin hazırlanması üçün təmsilçilərini göndərdilər. Digər koloniyalar kolonial hüquq prinsipini əsas tutarkən, onlar Britaniya ilə hüquqi bərabərlik şəraitində və Böyük Britaniya Monarxiyası hakimiyyəti altında yaşamağı üstün tutanlar arasında bölündü.
26 Oktyabr, 1774-cü ildə Birinci Kontinental Konqres təxirə salınır, lakin 1775-ci ilin Mayında Parlamentdəki şikayətlərə baxmayaraq yenidən qurulmasına razılıq verilir.
İkinci Kontinental Konqres
redaktəLondon Parlamentində koloniyaların tələblərinə cavab verən əsas məsələlər müzakirə olunsa da, bütün bunlar rəsmi sənədlərdə öz əksini tapmadı. 1774-cü ilin, 30 Noyabrında Kral Corc İİİ Suffolk Məhkəmələrini tənqid edən bir çıxışla parlamenti açdı. Bu zaman Kontinental Konqresin yenidən toplanmasının labüd olması aydın oldu.
İkinci Kontinental Konqres 10 May, 1775-ci ildə Filadelfiya Dövlət Evində bir araya gəlir, 1776-cı ilin, İyul ayının 2-də Müstəqillik Qətnaməsi qərarı qəbul edilir və qərar 2 gün sonra İstiqlal Bəyannaməsi kimi elan olunur. Bəyannaməni hazırlayan şəxs Virciniya ştatından Tomas Cefferson olmuşdur, Con Adams isə bu bəyannamənin qəbul olunması üçün aparılan müzakirələrdə önəmli şəxslərdən biri olmuşdur. Bu müzakirələr zamanı Massaçusets ştatından Con Hankok prezident olmuşdur. İkinci Kontinental Konqres Amerika İnqilab Müharibəsi zamanında Kontinental Konfederasiya kimi tanınması üçün müxtəlif yerlərdə görüşlərini keçirdi və 178-ci il, Martın 1-də Kontinental Konfederasiya kimi ratifikasiya olunmuşdur.