Kolxida Findigi - Wikipedia
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.
Kolxida fındığı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kolxida fındığı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəQafqazda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir. Apreldə çiçəkləyir, sentyabrda meyvə verir. Küləklə tozlanır.
Ekologiyası
redaktəŞaxtaya davamlıdır, yarımkölgədə, qarışıq meşələrdə bitir.
Azərbaycanda yayılması
redaktəZaqatalada meşənin yuxarı sərhədində rast gəlinir.
İstifadəsi
redaktəYaşıllaşdırmada, meşəsalmada istifadəsi məqsədyönlüdür.