Kolumbiya Konservativ Partiyasi - Wikipedia
Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmçinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.
Kolumbiya Konservativ Partiyası | |
---|---|
Lideri | Xose Dario Salasar |
Quruluş tarixi | 1848 |
Baş qərargah | |
İdeologiya | Konservatizm |
Üzvlüyü |
|
Saytı | partidoconservador.org/ |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəXIX əsrdə Kolumbiyada seçilən prezidentlərin yarısı Konservativ partiyasının üzvü olur. Bu partiyadan seçilən ən son prezident Andres Pastrana Aronqo olur ki, oda ölkəni 1998–2002 illər ərzində idarə edir.2002-ci ildə isə Kolumbiya tarixində ilk dəfə olaraq nə Konsevativlərdən nə də Liberallardan deyil, Demokratlardan olur. 2010-cu ildə Konservativlərin nümayyəndəsi Noemi Sanin 893,819 (6,13%) səs topluya bilir. Deputatlar Palatasına 2,057,849 (21,4%) səs toplayaraq 166 yerdən 38-nə Senatda isə 2,298,748 (21,2%) səslə 102 yerdən 22-nə dahib olmuşdur.
Mənbə
redaktə- partidoconservador.org — Rəsmi saytı