Klinik Psixologiya - Wikipedia
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. [1] Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. [2] Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır.
Klinik psixoloq
redaktəTürkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. [3] Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir. Psixologiya lisenziyasına dair müvafiq qanunvericiliyə əsasən müəyyənləşdirilmiş və Səhiyyə Nazirliyi tərəfindən psixologiyanın tibbi tədbiqləri üzrə sertifikat almış, səlahiyyətlərini təsdiqləyən psixoloqlar sertifikatlaşdırma sahələrindəki tibbi fəaliyyətlərində çalışa bilərlər. " deyilmişdir. [4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Brain, Christine. (2002). Advanced psychology: applications, issues and perspectives. Cheltenham: Nelson Thornes. ISBN 0-17-490058-9
- ↑ "Clinical Psychology". APA(The American Psychological Association). 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Mart 2016.
- ↑ "Klinik psikoloji meslek mensupları". onlineterapiler.com. 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Mart 2016.
- ↑ "Yönetmelik". resmigazete.gov.tr. 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Mart 2016.