Klevezli Anna - Wikipedia
Klevezli Anna (ing. Anne of Cleves;ən tezi 21 sentyabr 1515 və ən geci 22 sentyabr 1515, ən tezi 28 iyun 1515 və ən geci 1 iyul 1515 və ya 1515[1], Düsseldorf, Berq hersoqluğu, Müqəddəs Roma imperiyası – 16 iyul 1557 və ya 17 iyul 1557[2][1], London) — İngiltərə kralı VIII Henrinin dördüncü qadınıdır. Klevez Hersoqu III Conun qızıdır.
Klevezli Anna | |
---|---|
alm. Anna von Kleve | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Düsseldorf |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Klevez hersoqu III John |
Anası | Jülich-Berg hersoqinası Mariya |
Həyat yoldaşı | VIII Henri |
Dini | lüteranlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gənclik illəri
redaktəAnna Klevez hersoqu III Con və Julich-Berg hersoqinası Mariyanın qızıdır. Gənclik illəri ilə bağlı məlumat çox azdır. Lord Lisle və Tomas Kromvellin tərtibi ilə VIII Henri ilə evlənmişdir. Bütün tarixi qaynaqlar bu cütlüyün bir-birini sevmədiyini və hətta VIII Henrinin Annaya düşmən olduğunu qeyd edir. Kralın nifrət bəsləməsinə səbəb isə Annanın həddindən artıq qürurlu və şöhrətpərəst olmasıdır.
Klevezli Anna xalq arasında və sarayda çox sevilmiş, getdiyi hər yerdə hədiyyələrlə qarşılanmışdır. Ancaq kral boşanmaq istəmiş, beləliklə 6 aylıq kraliçalıqdan sonra Anna boşanaraq saraydan ayrılmışdır. Başda Thomas Cromwell olmaqla, bu evliliyi planlayan hər kəs cəzalandırıldı.
Boşandıqdan sonra kraldan xeyli mal-mülk əldə etdi. Həyatının geridə qalan hissəsini Richmond Sarayı və Hever qalasında keçirdi. Kralın beşinci dəfə boşanmasının ardından kralla yenidən evlənmə planları qurulsa da, baş tutmadı. Sonralar VIII Henrinin Ketrin Parr`la nikahına qatıldı. Sonuncu dəfə ögey qızı I Mariyanın tacqoyma mərasiminə qatıldı. Klevezli Anna 41 yaşında Hever qalasında vəfat etmişdir.
Mənbə
redaktə- http://tudorhistory.org/cleves/
- http://www.tudorplace.com.ar/aboutAnneofCleves.htm
- http://englishhistory.net/tudor/monarchs/cleves.htmlArxivləşdirilib 2012-02-15 at the Wayback Machine
- ↑ 1 2 A Historical Dictionary of British Women (ing.). 2 Routledge, 2003. P. 15. ISBN 978-1-85743-228-2
- ↑ Pas L. v. Anne von Kleve // Genealogics (ing.). 2003.