Klapa - Wikipedia
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması.[1] 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.[2]
Haqqında
redaktə"Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır.[3] Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir.
Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Klapa festivalları bugünə qədər də keçirilir. Onlardan ən məşhuru Omiş şəhərindəki "Dalmatin Klapası"dır. Son dövrlərin ən tanınmış qruplarından biri Klapa Šufit hesab olunur. Qrup üç il ard-arda (2006-2008) festivalın əsas laureatı olmuşdur.[4] 2013-cü ildə Xorvatiyanın Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi kimi də məhz klapa qrupu seçildi. Klapa s Mora adlı qrup müsabiqədə "Mižerja" (azərb. Səfalət) mahnısı ilə çıxış etdi.[5]
Musiqi elminə istinad etdikdə, klapa oxumasının a kapella kateqoriyasına aid olduğunu müşahidə etmək olar. Klapa oxuması zamanı səsdəki ahəngdarlığı və harmonik quruluşu asanlıqla duymaq mümkündür.
İstinadlar
redaktə- ↑ John Everett-Heath. "Dalmatia." Concise Dictionary of World Place-Names. Oxford University Press. 2005. Encyclopedia.com
- ↑ "UNESCO: Klapa multipart singing of Dalmatia, southern Croatia". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
- ↑ Josko Caleta. "Klapa Singing, a Traditional Folk Phenomenon of Dalmatia". Narodna umjetnost: Croatian Journal of Ethnology and Folklore Research. Zagreb: Institute of Ethnology and Folklore Research. 34 (1). April 1997. ISSN 0547-2504. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
- ↑ "Festival of the Dalmatian Klapa in Omis". 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
- ↑ "Mižerja to be the Croatian entry in Malmö". eurovision.tv. eurovision.tv. 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.