Kiriniya Qesri - Wikipedia
Kiriniya qəsri (yun. Κάστρο της Κερύνειας , türk. Girne Kalesi) ― Kiprdə venesiyalılar tərəfindən köhnə limanın şərq ucunda, əvvəlki səlibçi istehkamının üzərində inşa edilmiş 16-cı əsrə aid qala.
Kiriniya qəsri | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 35°20′29″ şm. e. 33°19′20″ ş. u.HGYO |
Veb-sayt | |
girnekalesi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəKirina qəsri eramızdan əvvəl X əsrdən bəri mövcuddur. Qazıntılarda eramızdan əvvəl VII əsrə aid olan yunan izləri aşkar edilsə də, ərazi Roma hakimiyyəti dövründə şəhər halına gətirilmişdir. Sahədə aparılan araşdırmalar orijinal qəsrin 7-ci əsrdə, bizanslılar tərəfindən şəhərin yeni ərəb dəniz təhdidindən qoruması üçün inşa edildiyini göstərir. Qala tarixi mənbələrdə ilk dəfə 1191-ci ildə, İngiltərə kralı I Riçardın özünü imperator elan etmiş yerli valisi İsaak Komnini məğlub edərək Üçüncü Səlib yürüşünə gedərkən onu ələ keçirəndə qeyd edilmişdir.
Qısa bir müddətdən sonra Riçard adanı əvvəlcə Tampliyerlər ordeninə, daha sonra isə əmisi oğlu Luzuinyalı Qaya, Qüdsün keçmiş kralına satdı. Bununla da Kiprdə Kipr krallığının (1192–1489) 300 illik hakimiyyət dövrü başladı. Qəsr əvvəllər olduqca kiçik idi. Kirina qəsri 1208-1211-ci illər arasında Jan I İbelin tərəfindən genişləndirildi. Qəsrin əsas funksiyası hərbi istehkam idi və abadlıq işləri yeni giriş, kvadrat və nal şəkilli qüllələr, oxçular üçün pəncərələr və zindanlardan ibarət idi.
1570-ci ildə Kirina qalası Osmanlılara təslim oldu. Osmanlılar da qəsrə dəyişikliklər etsələr də, ingilislər işğalı zamanı bu dəyişikliklər aradan qaldırıldı. Qəsr bundan əlavə Osmanlı admiralı Sadık paşanın türbəsini ehtiva edir. İngilislər qəsrdən polis kazarması və təlim məktəbi olaraq istifadə etmişdirlər.
Mövcud xüsusiyyətlər
redaktəQəsrin quru tərəfindəki xəndək eramızın 14-cü əsrindən əvvəl su ilə dolmuş və qala üçün liman rolunu oynamışdır.
Qəsrin giriş dəhlizindəki türbə 1570-ci ildə Kirinanı fəth edən Osmanlı admiralı Sadık paşaya aiddir. Dəhliz, daha sonra mühafizə otaqları, tövlələr və yaşayış otaqları ilə əhatə olunmuş qəsrin böyük daxili həyətinə aparır. Həyətin şimal və şərqindəki tağlı otaqlar (kral mühafizə otaqları, həbsxana və s.) Kipr krallığı dövrünə aiddir. Həyətin şimal tərəfində kiçik bir suvenir mağazası və sadə kafe var.
-
Qəsrin həyəti
-
Kirina qəsrinin köhnə limandan görünüşü
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.