Kirenaika - Wikipedia
Kirenaika — Liviyada tarixi vilayət.
Kirenaika | |
---|---|
32°31′49″ şm. e. 21°12′52″ ş. u.HGYO |
|
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəLiviyanın şimal-şərqində e.ə VII əsrdə salınmış yunan şəhər koloniyalarından biri Kirenanın adı ilə belə adılandırılmışdır. Kirenaika e.ə VI-IV əsrlərdə Əhəmənilərin, e.ə. IV əsrdə Makedoniyalı İsgəndər, sonra Ptolomeylər dövlətinin tərkibinə daxil olmuşdur. E.ə. I əsrdə Romanın əyaləti olmuş, VI əsrdə Bizans, VII əsrdə Xilafət, XVI əsrdə Trablis işğal edildikdən sonra Osmanlı dövlətinə daxil edilmişdir. Kirenaikanın cənubu Osmanlı dövlətinə daxil deyildi. Kirenaika Osmanlı dövləti daxilində Kirenaika Sancaqlığı və Trablis bəyliyi daxilində idarə edilmişdir. Sansui sülaləsi zamanında ilk dəfə Kirenaika bayrağı olmuşdur. 1912-ci ildə İtalyanlar tərəfindən bir çox bölgələr işğal olunmuşdur.
Eyni vaxt Kirenaika müharibəsi başladı. 1949-cu ildə Kirenaika Əmirliyi yarandı. Bu dövlətlə birlikdə yeni bir Kirenaika bayrağı göylərə qaldırıldı. O qara bir zəmin üzərində bəyaz bir bayraq idi. 1951-ci ildə Kirenaika, Tripolitaniya və Fəzzan birləşərək Liviya dövlətini təşkil etdilə.
İtaliya-Osmanlı müharibəsində (1911-1912) nəticəsində Kirenaika qismən (tamamilə 1928-ci ildə) işğal olundu. 1939-cu ildə Tripolitaniya və Fəzzanla birlikdə İtaliyanın tərkibinə daxil olundu. İkinci dünya müharibəsində ingilislər tərəfindən işğal edildi. 1951-1963-cü illərdə Liviyanın üç əyalətindən biri idi. 1963-cü ildə müstəqil inzibati vahid elan olunmuşvə üç mühafazaya bölünmüşdür. Bu mühafazalar bunlardır: