Kira Plastinina - Wikipedia
Kira Sergeyevna Plastinina (1 iyun 1992, Moskva) — Rusiya modelyeri.
Kira Plastinina | |
---|---|
Ки́ра Пласти́нина | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya, Moskva |
Vətəndaşlığı | Rusiya |
Atası | Sergey Arkadyeviç Plastinin |
Anası | Tatyana Plastinina |
Təhsili |
|
Fəaliyyəti | dəb dizayneri, incəsənət xadimi, dizayner |
kiraplastinina.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKira Plastinina dünyanın ən gənc modelyeri kimi tanınan rus modelyeridir. Belə ki, o, karyerasına hələ orta məktəb şagirdi olduğu müddətdə başlamışdir. Kira 1 iyun 1992-ci ildə Sergey və Tatyana Plastinin ailəsində anadan olub. Atası Sergey Plastinin məşhur rusiyalı iş adamı, qida sənayesi nəhəngi Wimm-Bill-Dann şirkətinin səhmdarıdır. Anası Tatyana Plastinina ixtisasça dilçi, Uşaq Musiqili Akademiyasının həmtəsisçisidir. Artıq 14 yaşında valideynlərinin dəstəyi ilə Kira Plastinina öz moda brendinin sahibi oldu.[1] 2017-ci ildə Kira Plastinina keçmiş iş ortağı, amerikalı sahibkar Trey Vallett ilə ailə həyatı qurub.[2]
Karyerası
redaktəSergey Plastinin 2006-cı ildə qızının arzusunu həyata keçirməyə başladı. O, Kira Plastinina ticarət markasını qeydiyyatdan keçirdi və yeni geyim markasının təşviqi strategiyasını hazırlayan mütəxəssisləri işə götürdü. Kira bütün yaradıcılıq prosesinə, o cümlədən kolleksiyaların yaradılmasına cavabdeh idi. Bəzi məlumatlara görə, Sergey qızı üçün biznesin inkişafına otuz beş milyon dollardan çox sərmayə qoyub. Bu məbləğ komandanın işinə, dərzilik işlərinin aparıldığı Çində nümayəndəliyin yaradılmasına, həmçinin bir neçə mağazanın açılmasına xərclənib.[3]
2007-ci il martın 14-də Kira Plastininanın ilk kolleksiyasının debüt şousu baş tutdu. Parlaq, ekstravaqant dizayn mövsümün cari tendensiyalarını izləməyə vərdiş edən gənc moda qadınları tərəfindən bu kolleksiya yüksək qiymətləndirildi. Elə həmin ay Moskvada Avropa ticarət mərkəzində "Kira Plastininanın Stili Studiyası"nın açılışı oldu. 2008-ci ildə Milanda modelyer öz yeni kolleksiyasını təqdim etdi. Növbəti 2 il ərzində Kira Plastinina kolleksiyaları bütün dünyaya yayıldı. London, Dallas, Milan, Alma-Ata, Xarkov, Dubay, Küveytdə butiklər açıldı.[4]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
- ↑ "Arxivlənmiş surət". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
- ↑ "Arxivlənmiş surət". 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
- ↑ "Arxivlənmiş surət". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.