Kiprli Anna - Wikipedia
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418[1], Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462[1][2], Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır.
Kiprli Anna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1418[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 noyabr 1462[1][2] (44 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi.
Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu. Bütün bu məsrəflərin qarşılanması üçün Anna qızları üçün mühüm evlilik planları tərtiblədi. 1451-ci ildə 10 yaşlı qızı Şarlottanı Fransa taxtının vəliəhdi Lüdoviklə evləndirdi.
11 noyabr 1462-ci ildə Cenevrədə vəfat etdi.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Lundy D. R. Anne de Lusignan, Princess of Cyprus // The Peerage (ing.).
- ↑ 1 2 Pas L. v. Anne de Lusignan // Genealogics (ing.). 2003.