Kinq Kemp Jillet - Wikipedia
Kinq Kemp Jillet (ing. King Camp Gillette, 5 yanvar 1855-ci il, Fon-dyu-Lak, Viskonsin — 9 iyul 1932-ci il Los-Ancels yaxınlıında) — amerika ixtiraçısı, The Gillette Company şirkətinin yaradıcısı. "Gillette" markalı populyar üzqırxanın ixtiraçısı Kinq Kamp Cillett ömrü boyu ixtira etmək həvəsində olmuşdu. İxtirayaqədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Cillett günlərin birində üzünü qırxarkən bu işi daha təşlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Cillett ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə `The Gillette Company` şirkətinin əsasını qoyur. O, 15 noyabr 1904-cü ildə öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olmasıydı. İlk ildə 168 alət və 51 ülgüc dəsti, ikinci ildə isə 90.000 alət və 123.000 ülgüc dəsti istehsal edilir. 2 il ərzində milyoner olan Cillett şirkətini daha da böyütdürərək ayrı-ayrı ştatlarda korporasiyalar açdırır. I Dünya Müharibəsi zamanı müharibəyə qoşulan ABŞ dövləti ordusunun əsgərlərini təmin etmək üçün 1917-ci ildə Cillettin zavoduna 36 milyonluq alət dəsti sifariş verir.
Maraqlı faktlar
redaktə1910-cu ildə Jillet keçmiş prezident Teodor Ruzveltə Arizon ştatında şirkətinin rəhbəri olması üçün milyon dollar təklif etdi. Ruzveltin cavabı belə oldu: "Böyük məmnuniyyətlə razı olardım, ancaq düzünü desəm mən britva istehsal edən və bığı olan insanlara o qədər də etibar etmirəm".
Mənbə
redaktə- http://vakh.online.com.ua/date/jan/05.shtml Arxivləşdirilib 2008-11-03 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |