Kilikiya Qapilari - Wikipedia
Kilikiya qapıları[1] və ya Gülək boğazı[2][3] (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı[3][4][5]) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir.[2][3][4][5] Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.[2][4].
Kilikiya aşırımı | |
37°17′07″ şm. e. 34°47′10″ ş. u.HGYO | |
Hündürlüyü | 2346,9= m |
Ölkə | Türkiyə |
Nəqliyyat infrastrukturu
redaktəKeçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var.[2][4] Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir.[2] "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi,[4] lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.[2]
İstinadlar
redaktə- ↑ Турция: Справочная карта / сост. и подгот. к изд. ПКО «Картография» в 1997 г.; гл. ред. Я. А. Топчиян; ст. ред. Н. Н. Рюмина. — 1:2 000 000, 20 км в 1 см. — М.: Роскартография, 2001.
- ↑ 1 2 3 4 5 6 Киликийские Ворота // Военная энциклопедия. 4. Москва: Военное издательство. И. Д. Сергеев. 1999. 39. ISBN 5-203-01876-6.
- ↑ 1 2 3 Киликийские Ворота // Большая советская энциклопедия. 12 (3-е издание). Большая советская энциклопедия. А. М. Прохоров. 1973. 107.
- ↑ 1 2 3 4 5 Киликийские Ворота // Советская военная энциклопедия. 4. Москва: Военное издательство Министерства обороны Союза СССР. 1979. 172.
- ↑ 1 2 Киликийские Ворота // Географический энциклопедический словарь (Изд. 2-е, дополненное 210000 nüs.). Москва: Советская энциклопедия. Гл. ред. А. Ф. Трёшников. 1989. 233. ISBN 5-85270-057-6.
Xarici keçidlər
redaktə- "Фотообзор велопробега через Киликийские Ворота (2011 год)" (rus). Веб-страница www.lejebokatrophy.narod.ru. 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03. (#apostrophe_markup)