Kihnu Adasi - Wikipedia
Kihnu (est. Kihnu) — Baltik dənizində yerləşən ada. Kihnunun sahəsi 16,4 km² təşkil edir. Estoniyanın ərazisinə daxildir.
Kihnu adası | |
---|---|
est. Kihnu | |
Ümumi məlumatlar | |
Sahəsi | 16,4 km² |
Hündür nöqtəsi | 8 m |
Əhalisi | 516 nəfər (2013-cü il) |
Yerləşməsi | |
58°07′00″ şm. e. 23°58′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kihnu adası Riqa körfəzinə[1] daxil olan iri adalardan biridir. Estoniyanın isə sahəsinə görə yeddinci adasıdır. İnzibati cəhətdən isə Pyarnu qəzasının Kihnu rayonu ərazisinə daxildir.
İqlimi
redaktəAdada dəniz və konntinental mülayim iqlim hakimdir.
- Orta illik temperatur — 6,8 °C
- Küləyin orta günlük sürəti — 5,7 m/s
- Havanın mütləq rütubəti — 83 %
Tarixi
redaktəKihnu adası ərazisində ilk insan yayış məntəqəsi üç min il öncəyə aiddir. Ada haqqında ilk yazılı məlumat isə 1386-cı ilə aiddir. Ada insanları əsasən Saaremaa və Muhu adalarından, Lyaen qəzasından gəlmişlər. Sonrakı illərdə İsveçlilər və Litvalılar üstünlük təşkil etmişlər.
Əhalisi
redaktə2013-cü il siyahıya alınmasına görə adanın əhalisinin sayı 516 nəfər[2] təşkil etmişdir. Ada əhalisi əsasən estonlardır. Adada dörd yaşayış məntəqəsi vardır: Lemsi, Linakyola, Rootsikyola və Syaare.
İqtisadiyyat
redaktəAdanın əsas təsarrüfat sahələri: Balıqçılıq və Yeyinti sənayesi.
Ada ilə Pyarnu şəhəri arasında bərə və hava nəqliyyatı fəaliyyət göstərir. Qışda isə körfəzin donması ilə materiklə avtomobil əlaqəsi təmin edilir.
Mədəniyyət
redaktəUNESCO Ümumdünya irsi 7 noyabr 2003-cü ildə adanı insanlıq üçün mühüm mədəniyyət obyekti elan etmişdir.
İstinadlar
redaktə- ↑ C.Michael Hogan. 2011. Gulf of Riga. Encyclopedia of Earth. Eds. P.Saundry & C.J.Cleveland. National Council for Science and the Environment. Washington DC.]
- ↑ "Estoniyanın əhalisi". 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.