Kis Sumer - Wikipedia
Kiş (şum. Kiš) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Şəhər e. ə. 4-cü minillikdə salınmışdır. Kişin icmasının tanrısı Zababa olmuşdur. E.ə. XXVIII əsrdə Şumer tayfalarının mərkəzinə çevrilmişdir. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir. Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-Merkarın Azərbaycan Aratta ilə sıx əlaqəsi olmuşdur.İkinci Şumer sülaləsi dövrü e.ə. XXVII–XXVI əsrləri əhatə edir. Bu dövrdə İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır. Bu zaman Ur şəhər dövləti güclənməyə başlayır. Ur hökmdarı Mesanepada Kiş şəhərini zəbt edir və Akanı hakimiyyətdən salır. Ur hökmdarları bütün Şumer üzərində ağalıq iddiasına düşür və özlərini "Kainatın hökmdarı" adlandırmağa başlayırlar.
Qədim şəhər | |
Kiş | |
---|---|
32°33′ şm. e. 44°39′ ş. u.HGYO | |
Ölkə | |
Müasir yeri | İraq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |