Kicik Ve Orta Biznesin Inkisafi Agentliyi Azerbaycan - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi | |
---|---|
| |
(KOBİA) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 28 dekabr 2017 |
Əvvəlki qurum | Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi |
Tabelik | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi |
Ünvan | AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134 |
Rəhbərlik | |
Sədr | Orxan Məmmədov[1] |
Birinci müavin | Natiq Həsənov[2] |
Müavinlər |
Hikmət Məmmədov[3] Samir Hümbətov[4] Rüfət Atakişiyev[5] |
|
|
Rəsmi saytı | smb.gov.az/az |
Tarix
redaktəAzərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb.[6]
Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.[7]
"Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir.[8]
"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir.[9][10]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir.[11]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir.[12]
Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur.[13]
Fəaliyyət istiqamətləri
redaktəAgentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir:[14]
- mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir;
- müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir;
- müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir;
- kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;
- KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir;
- dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür;
- müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür
- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s.
Agentliyin vəzifələri
redaktəAgentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir:[14]
- sahibkarlığın inkişafını dəstəkləmək;
- ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək;
- sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək;
- müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq;
- müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək;
- sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək;
- startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək;
- potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Müşahidə Şurası
redaktəAgentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Agentliyin fəaliyyətinə rəhbərliyi 7 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir.[15]
Agentliyin Müşahidə Şurasına iqtisadiyyat naziri rəhbərlik edir. Şuraya maliyyə, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti daxildir.
Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.
İdarə Heyəti
redaktəAgentliyin İdarə Heyəti beş üzvdən ibarətdir. İdarə Heyətinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. İdarə Heyəti sədrinin iqtisadiyyat naziri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi birinci müavini və üç müavini vardır. İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri onun həvalə etdiyi vəzifələri yerinə yetirirlər.
Struktur
redaktə26 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Agentliyin strukturu təsdiq edilib:[14][16]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
- ↑ "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
- ↑ "Arxivlənmiş surət". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ ""Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ ""Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ ""Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ ""Startapın müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ ""Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"nın təsdiq edilməsi haqqında". www.e-qanun.az. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-02.
- ↑ 1 2 3 "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ "Müşahidə şurasının tərkibi". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ "Strukturu". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
- ↑ "Kiçik və orta biznes evləri". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
- ↑ "KOB inkişaf mərkəzləri". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-16.
- ↑ "Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.