Kicik Panda - Wikipedia
Kiçik panda, pişik ayısı və ya qırmızı panda (lat. Ailurus fulgens) — Məməlilər sinfinə, pandakimilər fəsiləsinə aid məməli heyvan növü. Yırtıcılar dəstəsinə daxil olan, lakin əsasən bitki ilə qidalanan, iri bir ev pişiyi ölçüsündə olan canlı.
Kiçik panda | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kiçik panda |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Adın mənşəyi
redaktəÇində bu heyvan haqqında ilk yazılı istinadlar XII-cü əsrə aiddir, ancaq avropalılar bu heyvanla yalnız XIX əsrdə tanış ola bilmişlər. Kiçik panda 1821-ci ildə ingilis koloniyaları ərazisində material toplayan general və təbiətşünas Tomas Hardvik tərəfindən rəsmi olaraq "kəşf" edilmiçdir.
Hardvik bu heyvanı çincə adlarından biri olan "ua" (vah) kimi olaraq adlandırır. Bu həm də heyvanın səslərinin təqlidi idi. Bundan əlavə, çinlilər onu "ho-hu" (huo-hu), nepalllılar isə "punya" (poonya) adlandırırdılar. Punya sonda müasir "panda" sözünə çevrilmişdir.
Bununla birlikdə Hardvik materialları ilə İngiltərəyə qayıtmaqda gecikdi. Fransız təbiətşünası Frederik Küvye yeni növə latınca Ailurus fulgens adını verdi. Bu isə tərcümədə "parlayan pişik" mənasını verir. Ancaq ingilis icmasının qəzəbinə baxmayaraq, təbiətşünasların özləri tərəfindən qəbul edilən qaydaya görə, bir dəfə orqanizmə verilən elmi ad dəyişdirilə bilməz.
Zooloq Maykl Robertsin fikrincə "parlayan" epiteti belə gözəl bir heyvan üçün anlaşılmaz "hha"-dan daha yaxşıdır. Frederik Küvye özü yeni heyvan haqqında bu sözləri demişdir:"gözəl bir məxluq, dörd ayaqlılar arasında ən qəşəngi".
General Hardvikin təklif etdiyi ad qalıcı ola bilmədi. Heyvanın ingiliscə adı kimi "Vah" sözünü bəzən ingilis ədəbiyyatında öz əksini tapsa da, zamanla pandaya çevrildi.
Təsviri
redaktəBədənlərinin uzunluğu təqribən 51–64 sm, quyruları 28–48 sm olur. Erkəklər 3.7–6.2 kq, dişilər 4.2–6.0 kq çəkiyə sahiblənə bilirlər. Bədənləri uzanmış, quyruqları tüklü, başı geniş, qısa iti ağız və kiçik yuvarlaq qulaqlara sahibdirlər. 38 dişi olur. Pəncələr qısa və güclüdür. Pandanın asanlıqla ağaclara dırmaşmağa və onlardan enməsinə xidmət edir.
Kiçik pandalar böyük pandalar kimilər kimi, ön ətraflarında beş adi sıradan ayrılan altıncı barmağa sahibdirlər. Əslində bu biləyin dəyişdirilmiş sesamoid sümüyü olan saxta barmaqdır. Bu anatomik xüsusiyyət, heyvanın ağılla budaqlara dırmaşmasına və nazik bambuk tumurcuqları ilə asanlıqla hərəkətinə imkan verir.
Çin Elmlər Akademiyasının Genetika və Biologiya İnkişafı İnstitutunun alimləri, Böyük Britaniya Senqer İnstitutunun həmkarlarının köməyi ilə bir araşdırma apararaq, böyük və kiçik pandaların 40 milyon il əvvəl yaşamış çox uzaq bir ortaq əcdadına sahib olmasına baxmayaraq, altıncı barmağın onlara miras qalmadığını söylədi. Altıncı barmaq daha sonra ortaya çıxması məlum oldu[3][4].
Kiçik pandanın xəzi qırmızımtıl sarı rəngdədir. Aşağı nahiyyəsi sar-qırmız-qəhvəyi və ya qara rəngdədir. Tükləri sarı uclara sahibdir. Bu heyvanın əksər vaxtını mamırlar və şibyələrlə örtülmüş ağaclara sərf edir. Bu da öz növbəsində gözəl bir kamuflyajdır.
Həyat tərzi
redaktəKiçik pandalar əsasən gecə həyat tərzi keçirirlər. Gün ərzində çuxurda yatır, qıvrılır və başını quyruğu ilə örtür. Təhlükə halında ağaclara da dırmaşır. Yerdə pandalar yavaş-yavaş və yöndəmsiz hərəkət edirlər, ancaq ağaclara mükəmməl dırmaşırlar. Bunla belə əsasən yerdə qidalanırlar.
Kiçik panda yırtıcılar dəstəsinin nümayəndəsi olsa da, qida rasionunun 95% -i yarpaqlardan və bambuk tumurcuqlarından ibarətdir. Qalan 5% müxtəlif meyvə, giləmeyvə, göbələk, quş yumurtaları və hətta kiçik gəmiricilərdir. Unutmamalıyıq ki, yırtıcılar heyvan mənşəlli qida yeməyini yemədikləri üçün deyil, ayrıca bir dəstə içərisindədirlər. Pandaların diş sistemindəki vəziyyət nisbətən yaxşıdır. Qışda bambuk miqdarı azaldıqda, kiçik panda qida rasionunu giləmeyvə, quş yumurtası, göbələk ilə diversifikasiya etməlidir. Əks halda kifayət qədər qidalı maqddələr ala nilməyəcək. Ancaq yaz və yay aylarında bambuk və yarpaqların miqdarı məhdud olmadıqda, kiçik panda gündə 1,5 kq-dan çox yarpaq və 4 kq bambuk tumurcuqları yeməlidir.
Böyük pandadan fərqli olaraq, kiçik panda qidalanma baxımından çox seçicidir. "Bambuk ayısı" bambukun demək olar ki, bütün hissələrini yeyirsə, kiçik panda tumurcuqları daha cəlbedici hesab erdir. Müşahidələr göstərir ki, kiçik pandalar güün 13 saatını qidalanmaya sərf edir.
Sakit bir vəziyyətdə kiçik pandalar, quşların çırpıltısını xatırladan qısa səslər çıxarır.
Kiçik panda dinc təbiəti ilə fərqlənir və qapalı şəraitə asanlıqla öyrəşir.
Kiçik pandanın ömrü 8–10 ildir. Baxmayaraq ki, bəziləri 15 ilə qədər yaşayır. Qapalı şəraitdə kiçik pandalardan biri 18.5 ilədək yaşaya bilmişdir. Pandalar meşələrdə cüt və ya ailələr şəklində yaşayırlar. Son araşdırmalara görə, dişilərin "şəxsi" ərazisi təxminən 2,5 km², erkəklərdə isə iki qat daha çoxdur.
Çoxalması
redaktəPandalar üçün çütləşmə mövsümü yanvar ayında başlayır. Çütləşmə və doğuş arasında 90 ilə 145 gün vaxt vardır. Bunun yalnız 50 günü embrionun inkişafı üçün zəruridir. Çünki dölün inkişafı konsepsiyadan dərhal sonra başlamır. Ancaq diapoz adlanan olduqca uzun bir müddət sonra başlayır.
Erkəklər nadir hallarda balaların yetişdirilməsində iştirak edir. Çütlüklərdə isə erkəklər bu işdə fəaldırlar.
Doğuşdan bir az əvvəl dişi bir qaya boşluğunda və ya yarıqda budaq və ya yarpaqlardan yuva qurur. Bu yuvada doğulan kiçik pandaların çəkisi cəmi 100 q olur. Kor və kardır olan bu canlıların rəngləri daha açıq qəhvəyi olur. Adətən 2–3 bala doğurlar. Lakin bəzən dörd balada dolula bilir. Lakin nadir hallarda birdən çox bala yaşamını davam etdirə bilir. Körpələr çox yavaş böyüyür. 18-ci gün gözləri açırlır. Yalnız üç aylıq bir dövrdə yetkin bir fərdin rəngini alır. Bundan sonra yuvanı tərk etməyə və bərk yeməklər yeməyə başlayırlar. Bir az sonra yuvadan ayrılılar. Bir müddət anaları ilə birlikdə yaşayırlar. Buna görə təbiətdəki qırmızı pandalar cüt və ya hətta kiçik qruplarda halında açkar olunurlar. Gənc heyvanlar 18 aylığında yetkinlik yaşına çatırlar. Ancaq fərdlər yalnız 2–3 yaşından başlayaraq yetkin sayılır. Bəzən bütün il boyu anaları ilə qalırlar.
Yarımnövləri
redaktəBu gün mövcud olan kiçik pandanın iki yarımnövü vardır. Birincisi qərb kiçik (qırmızı) pandası (Ailurus fulgens fulgens F. G. Cuvier, 1825) yuxarıda göstərilən bölgənin qərb hissəsində (Nepal, Butan) yaşayır. İkinci yarımnöv Styana kiçik pandası (Ailurus fulgens styani Thomas, 1902[5]) Çinin cənubu və Myanmanın şimalında yaşayır.
Sayı və qapalı şəraitdə saxlanması
redaktəKiçik pandanın arealı çox böyük bir ərazini tutsasına, təbii düşmənlərinin az olsmasına baxmayaraq bu növ Beynəlxalq Qırmızı kitabın siyahısına Nəsli kəsilmə təhlükəsi olanlar statusuna daxil edilmişdir. Növlər nəsli kəsilmək təhlükəsi altına alınmasının səbəbi cəmi 2500 fərd qalması (digər mənbələrə görə təxminən 10.000[6]) ilkə izah edilir. Fakt budur ki, təbiətdəki heyvanların sıxlığı çox aşağıdır və bundan əlavə kiçik pandanın yaşayış yerləri də asanlıqla məhv edilir. Əsas təhlükə meşələrin qırılması, həmçinin Hindistanda və Çinin cənub-qərbində gözəl xəzləri üçün kiçik pandaların ovlanmasıdır. Son 50 ildə Himalay dağlarında kiçikı pandaların sayı 39 % azalıb.
Xoşbəxtlikdən kiçik pandalar qapalı şəraitdə daha taz çoxalırlar. Hal-hazırda bu heyvanların təxminən 350-si dünyada 85 zooparkda saxlanılır və son iki onillikdə eyni sayda bala qapalı şəraitdə alınıb. Bununla belə kiçik pandalarda artım olduqca az olduğundan hələ də Nəsli kəsilmə təhlükəsi olara daxildir. Təbii yaşayış yerlərində onların ölümü çox yüksəkdir.
Hindistanın və Nepalın bəzi bölgələrində kiçik pandalar ev heyvanı kimi saxlanılır. Bu heyvan üçün tamamilə qəbuledilməzdir. Onları zooparklarda da saxlamaq çox çətindir, amma evdə bu, sadəcə mümkün deyil: qırmızı bir panda çox spesifik bir pəhrizə ehtiyac duyur. Yanlış qidalanma ilə bu heyvanlar bağırsaq xəstəliklərindən tez tələf olurlar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ A. Melanoleykin. "Что ест панда". National Geographic Rusiya. 2014-10-09. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
- ↑ "Ученые узнали как большая и малая панды отрастили шестой палец". «Милая панда». 2018-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
- ↑ Albert C.L.G. Gunther, William Carruthers, and William Francis (redaktor). On the Panda of Sze-chuen by Oldfield Thomas // Annals and Magazines of Natural History. Seventh Series. X. London: Taylor & Francis. 251–252. İstifadə tarixi: 2010-02-18.
- ↑ "Малая панда (Ailurus fulgens)". www.iucnredlist.org. 2012-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-12.
Xarici keçidlər
redaktə- "Kiçik panda Brema ensiklopediyasında". www.povodok.ru (rus). 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-12.
- "BBC — Wildfacts". archive.is. Archived from the original on 2012-12-23. İstifadə tarixi: 2019-01-12.
- "Animal Info". www.animalinfo.org. İstifadə tarixi: 2019-01-12.