Kicik Asiya Qar Sicani - Wikipedia
Kiçik Asiya qar çöl siçanı (Chionomys roberti) , (Rodentia) dəstəsindan bir Məməli növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Ch. roberti (Kiçik Asiya qar çöl siçanı) endemik hesab olunur. Az təhlükə altındadır, mühafizəyə baxımlı növdür. Nadir, azsaylı, ümumi areal daxilində az öyrənilmiş növdür.
Kiçik Asiya qar siçanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kiçik Asiya qar siçanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
redaktəBədəninin uzunluğu 160 mm, quyruq uzunluğu 84–98 mm, qulağı 17 mm, arxa pəncəsi 29 mm-ə qədərdir. Yaşlı fərdlərinin çəkisi 81 qr ətrafındadır. Rəngi kifayət qədər tünd, qonur və ya qonur-qəhvəyi, quyruğu kəskin ikirənglidir, tükü kobud, quyruğu nisbətən seyrək tüklərlə örtülmüşdür. Üst azı dişlərinin uzunluğu 7–8 mm, aşağı 7–8.2 mm. M1–3.0–3.16–3.5 mm.
Yayılması
redaktəÜmumi areal: dünyada arealı Böyük Qafqaz dağ silisiləsinin Qərb və mərkəzindən başlayaraq Qərbi Dağıstana qədər və ona bitişik Asiya sahəsi ilə məhdudlaşmışdır. Cənubi Qafqazın cənub-qərbindən şimalda Soçiyə qədər, şərqdən isə Məshəti dağından Türkiyənin şimal-şərqinə qədər yayılmışdır. Azərbaycanda: Balakən, Zaqatala və qismən Qax rayonlarında yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
redaktəƏsasən d.s-dən 3000 m yüksəklikdə qeydə alınır. Bataqlaşmış meşə qurşaqlarında təsadüf olunur. Bəzi məlumatlara görə, Katexçay boyunca yayılmışdır. Eygelisə görə, onların arealı şərqdə Kurmuxçaya qədər uzanır. Onlara d.s-dən 800–2000 m hündürlüklərdə rast gəlinir Azərbaycan faunasında göstərilir ki, yalnız Zaqatalada Katexçay sahili boyunca, meşə, subalp və alp qurşaqlarında yayılmışdır. Əsasən gecə aktiv olurlar, bəzən gündüzlər də fəal olurlar.
Azalma səbəbi
redaktəTəbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması. Qorunması üçün qəbul edilmiş tədbirlər: İUCN siyahısına salınmışdır. Yaşayış yerləri Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında mühafizə olunur. Qorunması üçün məsləhət görülmüş tədbirlər: Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0