Kerkuan - Wikipedia
Kerkuan (ərəb. كركوان, Karkwān ) — Tunisin şimal-şərqindəki Cape Bon yaxınlığında, Nabul vilayətində qədim pun şəhərinin qalıqları. Finikiyalılara aid bu şəhər yəqin ki, I Pun müharibəsi zamanı ( təxm. b.e. 250) tərk edilmiş və Romalılar tərəfindən yenidən qurulmamışdır. Şəhər yəxminən 400 il mövcud olmuşdur.
Kerkuan | |
---|---|
36°56′47″ şm. e. 11°05′57″ ş. u.HGYO | |
Yer | Nabul vilayəti, Tunis |
Yer qeydləri | |
|
|
Rəsmi adı | Punic Town of Kerkuane and its Necropolis |
Tipi | Mədəni |
Kriteriya | (iii) |
Tarixi | 1985 (9-cu sessiya) |
İstinad nöm. | 332 |
Ölkə | Tunis |
Region | Ərəb dövlətləri |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərdə aparılan qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid qalıqlar və sikkələr aşkar edilmişdir. Tərtibatı aydın görünən şəhərin ətrafındakı bir çox evin divarları hələ də mövcuddur və fasadlarda rəngli gil tez-tez görünür. Evlər, standart bir plana uyğun olaraq qurulmuşdur.
Ziyarətgahın bəzi sütunları bu günə qədər gəlib çatmışdır və buradakı kiçik bir atriumda mozaika hissələri tapılmışdır. Kerkuanda arxeoloqlar hələ də işləsələr də, ən yaxşı hissələrin artıq kəşf edildiyinə inanılır.[1]
Kerkaun, Karfagen, Hadrumetum (müasir Sus ) və Utika ilə birlikdə ən vacib Pun şəhərlərindən biri idi.
Ümumdünya irsi
redaktəKerkuan və onun nekropolu, 1985-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Qalereya
redaktə-
Kerkuanın döşəməsi
-
Hamam
-
Tualet
-
Evlərin qalıqları
-
Arxeoloji sahə
-
Kerkuan muzeyinin xarici
-
Şəhərin planı
-
Tamezratın qalıqları
-
Divarların qalıqları
-
Sütunların qalıqları
-
Ərazinin lövhəsi
-
Sahənin ümumi görünüşü
İstinadlar
redaktə- ↑ "Kerkouane". www.trekearth.com (ingilis). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28.