Kenciro Takayanaqi - Wikipedia
Kenciro Takayanaqi (高柳 健次郎, Takayanaqi Kenciro?, 1 may 1899, Hamamatsu[d] – 23 iyul 1990, Yokosuka[d], Kanaqava prefekturası) – Yaponiya elektrik mühəndisi və televiziyanın qabacıllarından biri.[1] "Yaponiya televiziyasının atası" hesab olunur.[1]
Kenciro Takayanaqi | |
---|---|
yap. 高柳 健次郎 | |
Doğum tarixi | 1 may 1899 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 iyul 1990 (91 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Təhsili | |
Fəaliyyəti | ixtiraçı, mühəndis |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKenciro Takayanaqi 1899-cu ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[1] 1921-ci ildə Tokio Ali Texniki Məktəbindən məzun olmuşdur.[2] 1930-cu ildə Hamamatsu Ali Texniki Kollecinin professoru olmuşdur.[1] Daha sonra 1937-ci ildə Yaponiya Yayım Korporasiyasına qoşulmuşdur.[1] 1946-cı ildə JVC şirkətinə qoşulduqdan sonra NHK-nin Texniki Laboratoriyasının direktoru təyin edilmişdir.[1] Daha sonra JVC şirkətinin vitse-prezidenti olmuşdur.[3]
Takayanaqi 1926-cı ildə Yaponiyada ilk televiziya ötürücüsünü hazırlamış, 1933-cü ildə isə Vladimir Zvorikindən cəmi bir neçə ay sonra ikonoskopu ixtira etmişdir.[1] O, Takayanaqi tipli televiziyanı inkişaf etdirmişdir.[2] 1981-ci ildə "Mədəniyyət" ordeni, 1989-cu ildə isə "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[3] Takayanaqi 1990-cı ildə Yokosuka şəhərində ölmüşdür.[3]
Əsərləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Kodansha Encyclopedia of Japan
- ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who
- ↑ 1 2 3 "Kenjiro Takayanagi, Electrical Engineer, 91". New York Times (ingiliscə). 25 iyul 1990. 19 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2022.
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 321. ISBN 0-87011-627-4. İstifadə tarixi: 19 oktyabr 2022.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1588. İstifadə tarixi: 19 oktyabr 2022.