Kes - Wikipedia
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir
Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir.
Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Keş-yaddaşın məlumat tutumu
redaktəKeş-yaddaşın məlumat tutumu 128-1024 Kbayt həcmində, ona müraciət vaxtı isə 50-60 nanosaniyə olur.
Keş-yaddaşın səviyyələri
redaktəKeş-yaddaşın 3 səviyyəsi var.
Birinci səviyyəli keş-yaddaş (Level 1 (L1)) — Prosessorun kristalında yerləşən keş-yaddaş. Bundan fərqli olaraq, ikinci keş-yaddaş, adətən, prosessor modulunda, yaxud sistem lövhəsində yerləşir.
İkinci səviyyəli keş-yaddaş (Level 2 (L2)) — Pentium Pro istisna olmaqla, bütün Intel-uyumlu prosessorların bazasında olan fərdi kompüterlər üçün: prosessorun xaricində birinci keş və operativ yaddaş arasında yerləşən əlavə keş-yaddaş. Konstruksiya baxımından o, sistem lövhəsində, prosessorun yanında xüsusi lövhədə, yaxud prosessor modulunun özündə yerləşə bilər. Yerləşmə yerindən asılı olaraq bu keş-yaddaşın işləməsi üçün istifadə olunan takt tezliyi (və uyğun olaraq onun məhsuldarlığı) əhəmiyyətli dərəcədə fərqlənir. Sistem lövhəsində yerləşmə halında ikinci səviyyəli keş-yaddaş mərkəzi prosessorun xarici takt tezliyində, sonuncu variantda isə daha yüksək olan daxili takt tezliyində işləyir. İkinci səviyyəli keş-yaddaş sistemin məhsuldarlığını önəmli dərəcədə artırmağa imkan verir.
Üçüncü səviyyəli keş-yaddaş (Level 3 (L3)) — Sistem lövhəsində ikinci keş-yaddaş və operativ yaddaş arasında yerləşən əlavə keş-yaddaş. İstehsalçılar birinci (L1) və ikinci (L2) keş-yaddaşı prosessorun özünə yerləşdirdikdən sonra keş-yaddaşın bu tipi meydana çıxıb.
Həmçinin bax
redaktəMənbə
redaktə- R.Q. ƏLƏKBƏROV, HESABLAMA MAŞINLARI VƏ KOMPÜTERLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT, AMEA İnformasiya Texnologiyaları İnstitutu
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.