Keciliqaya - Wikipedia
Keçiliqaya — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Keçiliqaya | |
---|---|
40°02′49″ şm. e. 46°17′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
redaktəKeciliqaya kəndi dağlıq ərazidədir. Keçmiş adı Qoşunəlilər olmuşdur. Kəndi qoşunəlilər nəslinə mənsub ailələr Keciliqaya deyilən yerdə saldığına görə belə adlandırılmışdır. Oronim kecili (etnonim) və qaya sözlərindən düzəlib, kecili tayfasının adı ilə bağlıdır.[2]
Bu kəndin yerləşdiyi ərazidə dağ keçiləri yaşayan, böyük qayaları olan dağ olduğuna görə belə adlanır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin bünövrəsini Gəncənin Balçılı kəndindən gələn Hüseyn adlı bir şəxs qoymuşdur.[3]
Yaylaqlar
redaktəArxac yeri, Bədəlli yurdu, Sarayölən yurd, Qaladərə yurdu, Saxanlar yurdu, Dəyirmi yurd, Binə yurdu, Qabanqayası yurdu.
Bulaqlar
redaktəQaynar bulaq, Daş bulaq, Yal bulaq, Turşsu, Dəmirli bulaq, Portport bulaq, Göy bulaq, Soyuq bulaq, Damcılı bulaq.
Məşhur yerlər
redaktəYolayrıcı, Qaranohurun meşəsi, Köhnə kənd, Ortadüz, Yuxarıdüz, Göytəpə, Ağdaşlar, Hacıalılar yurdu, Cəfərli dağı, Səngərtəpə, Qarğalıqaya, Sarıburun, Yelligədik dağı, Topqaya, Fərzalıölən təpə, Gerdənküləş, Güldəstənin zağası, Əhəngyanan dərə, Suvadın dərəsi, Sarıburunun meşəsi, Camışqayası, Kotanqoyulan qaya, Qazangöl, Alpana talası, Sarıyanan yurd, Qaznağın yurdu, Budaqbəyli yurdu, Malqırılan dağı, Ağbaba dağı, Ağduzdağ, Dik güney.[3]
Binələr-Qışlaqlar
redaktəÇay binəsi, İşgəsu binəsi.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Keçiliqaya // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.