Kazim Aga Salik - Wikipedia
Kazım ağa Salik (1781, İkinci Şıxlı – 1842, Qazax rayonu) — Azərbaycan şairi.
Kazım ağa Salik | |
---|---|
Kazım ağa Şıxı ağa oğlu Şıxlinski | |
Doğum tarixi | 1781 |
Doğum yeri | |
Vəfat tarixi | 1842 |
Vəfat yeri | |
Uşağı | Yusif ağa |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili, fars dili |
Kazım ağa Salik Vikimənbədə |
Həyatı
redaktəKazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax qəzasının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almlşdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.[1]
Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şeirlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: "Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir.
Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195 (1781)-ci tarixdə. Təlim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir.
Anası Dilbaz nücəbalarındandır. Salikin babalarına Şıxzadə deyirlərmiş ki, sabiqdə Qazaxlı qəryəsində sakin olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini bina etdiribdir və şair, -necə ki, fövqdə zikr olundu, -haman qəryədə vücuda gəlibdir".
Kazım ağa 1842-ci ildə vəfat edib.
Kazım ağanın Yusif ağa adlı oğlu vardı.
İstinadlar
redaktə- ↑ Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.