Kasib Abdullah - Wikipedia
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — ləzgi şairi.
Kasıb Abdullah | |
---|---|
Doğum tarixi | 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 1934 |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | şair |
Həyatı
redaktə1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi. Bununla razılaşmayan Abdullah növbəti dəfə kəndə gələn pristavı bə əlatlarını mühasirəyə alaraq, onları tərksilah edir. Daha sonra Abdullah dövlətlilərin taxılını kasıblara paylayır. Həmin zaman Abdullahın yazdığı "Пириставдин бармак" ("Pristavın papağı") şeiri kəndə yayılır və şairə şöhrət qazandırır.
Kasıb Abdullahın, həmçinin şeirlərinin arasında "Экуь дуьнья" ("İşıqlı dünya"), "Дуьньяда" (" Həyatda"), "Зулун марф" ("Payız yağışı"), "Хьанва зун" ("Mən oldum") və digərləri var. Onun yaradıcılıq fəaliyyəti sovet hökuməti əleyhinə yönəlmişdir və kənd camaatının məhəbbətini qazanmışdır. Buna görə 1934-cü ildə Kasıb Abdullaha tüfəngdən atəş açılır və şair aldığı yaradan vəfat edir.
İlk dəfə Kasıb Abdullahın şeirləri 1963-cü ildə həmin əsərlər Mahaçqalada kitab kimi nəşr edilmişdir.[1][2]
İstinadlar
redaktə- ↑ https://shimal.news/2023/06/24/lazgilarin-robin-qudu-sair-kasib-abdullah/
- ↑ Лезгийрин поэзиядин антология, 1978.