Karrar Tank - Wikipedia
Karrar (fars. کرار – Zərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlumata əsasən elektro-optik atəş nəzarət sistemi, lazer məsafəölçən, ballistik kompüter, gündüz və gecə görünüş sistemlərinə sahibdir.
Karrar | |
---|---|
| |
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2017-davam edir |
İstismar edənlər | İran |
İstehsal tarixçəsi | |
İstehsalçı | İran Müdafiə Sənayesi Nazirliyi |
İstehsal illəri | 2017[1] |
Xüsusiyyətləri | |
Ağırlığı | 51 ton |
Sürət | 70 km/s |
Əsas silah | 125 mm yivsiz top |
Köməkçi silah | 12.7 mm və 7.62 mm pulemyot |
Ekipaj | 3 (atıcı, komandir, sürücü) |
Vikianbarda əlaqəli mediafayllar |
T-90 tankı ilə oxşarlığına baxmayaraq, Rusiyanın İranla lisenziya altında bu tankları istehsal etmək haqqında müqaviləsi yoxdur.[2]
Tarixi
redaktəKarrarın ictimaiyyətə təqdimatından sonra, Tehran 12 mart 2017-ci ildə kütləvi istehsalın ediləcəyini açıqladı.[3][4]
Tasnim Xəbər Agentliyinə danışan briqada generalı olan Kiomars Heidari, Karrarın 2018-ci ildə təslim ediləcəyini söylədi.[5]
Tasnim Xəbər Agentliyinin 18 iyul tarixində yayımlanmış bir xəbərinə görə İnqilab keşikçiləri korpusuna 800 Karrar əsas döyüş tankının verilməsi planlaşdırılır.[6]
Dizayn
redaktəKarrarın əsas silahı tüstü bombası və termal qol ilə təchiz edilmiş 125 mm-lik yivsiz topdur.[7] Tankın tank qülləsinin damına 12.7 mm-lik uzaqdan idarəedilən zenit pulemyotu mərkəzi quraşdırılmışdır. Tankın əsas silahı anti-tank lazer başlıqlı döyüş raketlərini də ata bilir.[8] Bundan əlavə tanka avtomatik yükləmə sistemi əlavə edilmiş və bununla da tankın ekipajında yükləyiciyə olan ehtiyac aradan qalxmış və beləliklə tankın ekipajından bir adam azaldılmışdır.[8][9]
Karrar tanklarının zirehi ehtimala görə yeni nəsil kompozit zireh ilə təchiz edilmişdir. Partlayıcı reaktiv zireh isə gövdə və qüllənin ön hissəsinə əlavə edilmişdir. Yanlarda zireh lövhələridə tanka əlavə edilmişdir.
Tankların hərəkət mənzilini uzatmaq üçün tankların yanacaq çənlərini tankın arxa hissəsində də yerləşdirmək mümkündür.[7]
Rus tankları ilə oxşarlıq
redaktəİran İslam Respublikasının Müdafiə Sənayesi naziri Briqada generalı Hossein Dehqan Karrar tankları haqqında demişdir: “Bu tank dünyanın ən yaxşı tankları ilə 3 sahədə rəqabət edə bilər: güc, çeviklik və hərəkətlilik. Ayrıca olaraq döyüş meydanlarında dayanıqlıq və baxım. Tank hədəfə doğru çox dəqiq və sərrast atəş açmaq qabiliyyətinə sahibdir. Ayrıca olaraq tank silahçı və komandir tərəfindən də idarə edilə bilər.”[10]
Təqaüdə çıxmış General-mayor Vladimir Bogatyrev bu tank haqqında belə demişdir: “Mütəxəssislərin Karrarı T-90 platformasının ən inkişaf etmiş modifikasiyası olan T-90MS-in bir nüsxəsi olaraq görməsi təsadüfi deyildir.”
Bundan başqa Rusiyanın Milli Təqaüdə çıxmış Hərbçilər Birliyi Təşkilatı bu tank haqqında demişdir: “Bu tank əslində T-72 platforması əsasında yaradılsa da, tankın hazırlamasında ABŞ istehsalı olan M1 Abrams və M60 Patton tanklarındanda nələrsə var. Bəzi xüsusiyyətlər isə M48 Patton və Böyük Britaniya istehsalı olan Chieftain tanklarından götürülmüşdür. Bütün bunların əsasında İran öz tankını yaratmağa çalışmışdır.”[11]
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
- ↑ "Arxivlənmiş surət". 2018-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
- ↑ "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ "Arxivlənmiş surət". 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ "Arxivlənmiş surət". 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ 1 2 ARG. "Karrar Main Battle Tank - Military-Today.com". www.military-today.com. 6 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
- ↑ 1 2 "Iran's government rolls out new tank – photos of the Karrar". 13 March 2017. 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
- ↑ "كرار نخستين تانك پيشرفته بومي كشور با حضور وزير دفاع رونمايي و خط توليد انبوه آن افتتاح شد+گزارش تصویری". 2018-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.
- ↑ Sputnik. "Despite Striking Resemblance Iran's Newest Tank is no Match to Russia's T-90". sputniknews.com. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.
- ↑ "Despite Striking Resemblance Iran's Newest Tank is no Match to Russia's T-90". Sputnik. 2017-03-13. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2017.