Karoy Kisfaludi - Wikipedia
Karoy Kişfaludi (mac. Kisfaludy Károly; 5 fevral 1788[1][2][…], Tet[d], Dyör-Moşon-Şopron – 21 noyabr 1830[1][2][…], Peşt[d], Peşt medyesi[4]) — Macarıstan dramaturqu və sənətçisi, Şandor Kişfaludinin qardaşıdır.[5] Milli dramın təsisçisi idi.[6]
Karoy Kişfaludi | |
---|---|
mac. Kisfaludy Károly | |
Təxəllüsü | Zorday[3], Benjámin Szalay[3], Böködi[3], Zordi[3] |
Doğum tarixi | 5 fevral 1788[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 noyabr 1830[1][2][…] (42 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, şair, dramaturq, yazıçı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKaroy ailədə səkkiz övladın ən kiçiyi idi, anası onu dünyaya gətirərkən vəfat etmişdi. Atası ilə münasibətində bir sıra çətinliklər yaşayırdı. 1804-1811-ci illərdə orduda xidmət edərkən poemalar və mahnılar yazmağa başladı. İtaliya, Serbiya və Bavariyada Napoleon müharibələrində xidmət etmişdi. 1810-cu ildə geri döndükdən sonra Katalin Hepper adlı bir xanımla qısa bir münasibət yaşadı, lakin onunla ailə həyatı qurmadı. Ordudan istefa etdikdən sonra atası ilə münasibətləri daha da pisləşdi və Vaş medyesində bacısı Terezin evində yaşamağa məcbur oldu. İncəsənəti oxudu və 1812-ci ildə Vyanaya, 1815-ci ildə isə İtaliyaya səfər etdi, lakin 1819-cu ilin aprel və iyun aylarına kimi nə yazıçılıqda, nə də rəssamlıqda uğur qazanmağı bacarmadı. Bu dövrdən sonra bir sıra məşhur əsərlərini yazmağa başladı. Əsərləri alman dilinə tərcümə edildi və Vyanada teatrlarda nümayiş edildi.
Kişfaludi cəmiyyəti
redaktə1822-ci ildə Aurora ədəbi mətbəəsini təsis etdi və 1826-cı ildə bu işdəki fəaliyyətlərinə görə Marçibanyi mükafatını qazandı. Həmin ildə atası öz vəsiyyətində düzəliş edərək Karoyun adını yenidən bərpa etdi. Nina Löffler adlı bir xanıma aşiq oldu, lakin yəhudi olduğu üçün onunla ailə həyatı qurmadı. 1830-cu ildə vərəm xəstəliyindən vəfat edənə kimi Aurora ədəbi jurnalı üçün yazıçılıq fəaliyyətini davam etdirdi. 1836-cı ildə yaradılan Kişfaludi cəmiyyəti onun şərəfinə adlandırılmışdı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Karoly Kisfaludy // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 PIM authority.
- ↑ Herbermann, Charles, redaktorSándor Kisfaludy // Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913.
- ↑ "The Nuttall Encyclopaedia". Project Gutenberg. 2004-05-01. 2009-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-01.