Karo Kahkecyan - Wikipedia
Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb – 26 iyun 1993, Çardaqlı, Tərtər rayonu) — Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçu. Karo Qarabağ müharibəsi zamanı əsasən diaspor üzvlərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri və qurucusu olmuşdur. Hərbi əməliyyatlarda fəal iştirak etməsi səbəbindən qısa müddətdə tanınmış və böyük nüfuz qazanmışdır. Karo Kəlbəcərin işğalı zamanı 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən vurularaq öldürülmüşdür.
Karo Kahkeçyan | |
---|---|
erm. Կարո Քահքեջյան | |
Digər adı | Ağ ayı |
Doğum tarixi | 24 mart 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1993 (31 yaşında) |
Vəfat yeri | Çardaqlı, Tərtər rayonu, Azərbaycan |
Vəfat səbəbi | güllələnib |
Dəfn yeri | Yerablur |
Milliyyəti | erməni |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKahkecyan 1962-ci ildə Suriyanın ən böyük ikinci şəhəri olan Hələb şəhərində dünyaya gəlmişdir. Ailəsi Suriya ermənilərindəm olan Karo uşaqlıq yaşlarından türklərə qarşı böyük nifrət hissi ilə tərbiyə edildi. Ali təhsil almaq üçün Almaniyanın Frankfurt şəhərinə yollanmış və burada memarlıq sahəsi üzrə təhsil almışdır. Daha sonra Almaniyada olan təhsilini mexanika mühəndisliyi üzrə davam etdirmişdir. Təhsilini bitirdikdən sonra Amerika ermənilərinin çoxluq təşkil etdiyi Kaliforniya ştatının Fresno şəhərinə yollanmışdır. Karo 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən sonra əraziyə yollanmış və diaspordan gələn humanitar yardımların çatdırılması işi ilə məşğul olmuşdur.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının genişlənməsi və aradınca Qarabağ müharibəsinin başlamasından sonra Karo Qarabağa gəlmişdir. O, burada əsasən diaspor ermənilərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmə yaratmışdır.[1] Azərbaycan Silahlı Qüvvələrinə qarşı Xocavənd, Hadrut və Laçın kimi ərazilərdə döyüşən Karo Kahkecyan 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən başından vurularaq öldürülmüşdür.
İstinadlar
redaktə- ↑ "Foreigners Fight Again in the Embattled Caucasus". The New York Times. 4 August 1993. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.