Karlos Kastanyo Xil - Wikipedia
Karlos Kastanyo Xil (16 may 1965 – 16 aprel 2004) – Kolumbiyada sağçı paramilitar təşkilat olan Kordoba və Uraba Kəndlilərinin Özünümüdafiə Qüvvələrinin (ACCU) qurucusu. Qrup, ataları Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) tərəfindən əsir götürülüb öldürüldükdən sonra Karlos ilə qardaşları Fidel və Visente tərəfindən quruldu. ACCU daha sonra Kolumbiya Birləşmiş Özünümüdafiə Qüvvələrinin (AUC) qurucu üzvlərindən biri oldu.
Karlos Kastanyo Xil | |
---|---|
isp. Carlos Castaño Gil | |
Digər adları |
el Comandante el Fantasma |
Doğum tarixi | |
Doğum yeri | Amalfi, Kolumbiya |
Vəfat tarixi | (38 yaşında) |
Milliyyəti | Kolumbiya |
Fəaliyyəti | Terrorizm, Narkotik qaçaqçılığı |
Fəaliyyət illəri | 1981-ci ildən |
İlk illəri
redaktəKarlos 1965-ci ildə Amalfidə heyvandarlıqla məşğul olan bir ailənin oğlu olaraq dünyaya gəldi. 1981-ci ildə atası İesus Kastanyo, FARK partizanları tərəfindən qaçırıldı və azad edilməsi üçün 50 milyon peso tələb edildi.[1] Kastanyolar sadəcə 16 milyon toplaya bildilər. Nağd ödənişə baxmayaraq, atalarını ölümcül vəziyyətdə bir ağaca bağlanmış şəkildə tapdılar.[2]
Atalarının ölümü ilə Fidel, Visente və Karlos başda FARK kimi solçu partizanlara qarşı mübarizə aparmaq fikri ilə Kordobada bir çox silahlı paramilitar qrupun yaradılmasında fəal iştirak etməyə başladı. Özünümüdafiə qüvvələri olaraq adlandırılan bu qruplar, ilk başda yerli torpaq və ferma sahibləri ilə biznesmenlər tərəfindən maliyyələşdirildi, daha sonra isə narkotik ticarəti və fidyələrdən gəlir əldə etməyə başladı. Karlosa qardaşı, ordu zabitləri və paramilitar qrupun əməkdaşları, həmçinin, İsrailli Yair Klein tərəfindən döyüş təlimi keçildi.
1980-ci illərdə Kastanyo qardaşların narkotik kartelləri ilə əlaqələri möhkəm idi. Qardaşı Fidelin Pablo Eskobarı tanıması sayəsində Karlos da möhkəm bir dostluq qurmağa nail oldu. Ancaq o, paramilitar qrupların narkotik ticarəti ilə maliyyələşdirilməsinə qarşı idi. Eskobar və Kastanyo qardaşları arasındakı dostluq, şəxsi həbsxanası olan Katedrala həbs edildiyi zaman Kastanyo qardaşları öldürmək üçün qatillər göndərməsi ilə bitdi. Bununla da Kastanyolar Eskobarı öldürmək üçün digər narkobaronlarla əlbir olub, Los Pepes olaraq adlandırılan kriminal qrup yaratdılar. Karlos həmin vaxtlarda "Kabus" və ya "Uşaq" ləqəbləri ilə tanınmağa başladı. Los Pepes və Kolumbiya Milli Polis Təşkilatı arasındakı əlaqələr Eskobarın öldürülməsinə kömək etdi.
Eskobarın ölümündən iki ay sonra 1994-cü ildə komandir Fidel Kastanyo partizanlara qarşı vuruşmada həlak oldu. Bununla da Karlos Kordoba və Uraba Kəndlilərinin Özünümüdafiə Qüvvələrinin (ACCU) lideri oldu. Onun rəhbərliyi ilə 1997-ci ildə Kolumbiya ətrafındakı özünümüdafiə qüvvələri birləşərək Kolumbiya Birləşmiş Özünümüdafiə Qüvvələri (AUC) vahid birliyini meydana gətirdi.
Liderlik dövrü
redaktəNarkotik qaçaqçılığı
redaktəÖlümü
redaktəİstinadlar
redaktə- ↑ Revealed: The secrets of Colombia's murderous Castano brothers Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine, İstifadə tarixi: 24.02.2017.
- ↑ Carlos Castano Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine, İstifadə tarixi: 24.02.2017.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəYoutube: Carlos Castano Gil - 2017 Sale a la luz! ESTA VIVO! AUC
Youtube: Paramilitares en Colombia: La Historia de los Hermanos Castaño