Karl Van Vexten - Wikipedia
Karl van Vexten (tam adı Carl Van Vechten; 17 iyun 1880 – 21 dekabr 1964) — Amerikan yazıçısı və fotoqrafı. O, Harlem İntibahının nümayəndəsi Qeytruda Staynın ədəbi icraçısı olmuşdur.[1]
Karl van Vexten | |
---|---|
ing. Carl Van Vechten | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sidar-Rapids, Ayova, ABŞ |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Nyu-York, Nyu-York ştatı, ABŞ |
Milliyyəti | Amerikan |
Təhsili | Çikaqo Universiteti |
Fəaliyyəti | yazıçı, fotoqraf, ssenarist, romançı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
redaktəAyova ştatının Sidar Rapids şəhərində anadan olan Vexten Çarles və Ada van Vexten ailəsinin ən gənc üzvü idi.[2] O. 1898-ci ildə Vaşinqton Ali Məktəbini,[3] daha sonra 1903-cü ildə isə Çikaqo Universitetini bitirmişdir.[4] 1906-cı ildə Nyu-york şəhərinə köçür. Nyu-York Taymz jurnalında musiqi tənqidçisinin köməkçisi vəzifəsində işə qəbul olur.[5] 1907-ci ildə operaya olan marağı onu Avropaya səyahət etməyə vadar edir.[1]
İlk uğursuz nikahından sonra 1914-cü ildə aktrisa Fane Marinoff ilə evləndi. Karl van Vexten ömrünün sonuna kimi bu xanımla birlikdə olsa da, ölümündən sonra onun 25 il homoseksuallığını ifadə edən şəxsi fotoları tapılmışdır.
1913-cü ildə Parisdə Qeytruda Stayn ilə görüşdü. Onlar uzun müddət dost idilər və ölümündən sonra Staynın kitablarını nəşr etdirdi. Eyni zamanda o, Afro-amerikan yazıçısı olan Nelli Larseni də dəstəkləyirdi.
1950-ci illərdə, yaşının çoxluğuna baxmayaraq, öz fikirlərini dəyişdirmədən Senator Makkartinin anti-kommunist tiradalarına qarşı çıxdı.
Arxiv və muzey kolleksiyası
redaktəKarl van Vextenin əsərlərinin əksəriyyəti Yel Universitetində Baynerk Nadir Kitab və Əlyazma Kitabxanasında saxlanılır. Burada həmçinin "Yaşayan portretlər: Karl van Vextenin çəkdiyi Afro-amerikalıların rəngli fotoları, 1939-1964" adlı slayd da var. Bu kolleksiyada 1884 rəngli şəkil var.
Əsərləri
redaktə- Böyük Müharibədən sonra səslənən musiqi (1915)
- Musiqi və pis davranışlar (1916)
- Tərcüməçilər və şərhçilər (1917)
- Karusel (1918)
- İspaniya musiqisi (1918)
- Mansardada (1919)
- Evdə pələng (1920)
- Housetop (1921)
- Piter Vifl (1922)
- Kor bantlı oğlan (1923)
- Tatulu qraf arvadı (1924)
- Qırmızı (1925)
- Petarda. Realist roman (1925)
- Qazıntılar (1926)
- Zənci səması (1926)
- Hörümçək oğlan (1928)
- Yığıncaqlar (1930)
- Xüsusiyyətlər (1930)
- Müqəddəs və kafir xatirələr (1932)
Ölümündən sonra
redaktə- Karl van Vextenin rəqs yazıları (1974)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Portraits by Carl Van Vechten – Carl Van Vechten Biography – (American Memory from the Library of Congress)" Arxivləşdirilib 2013-05-27 at the Wayback Machine. Memory.loc.gov. Retrieved March 9, 2010.
- ↑ White, Edward (2014), The Tastemaker: Carl Van Vechten and the Birth of Modern America, New York: Farrar, Straus and Giroux, ISBN 978-0-374-20157-9
- ↑ "Carl Van Vechten's Camera Documented Personalities"[ölü keçid]. Cedar Rapids Gazette. March 10, 1971. Retrieved November 17, 2012.
- ↑ "Carl Van Vechten Biography"[ölü keçid]. Biography.com. December 21, 1964. Retrieved March 9,2010.
- ↑ Sanneh, Kelefa (February 17, 2014). "White Mischief: The passions of Carl Van Vechten" Arxivləşdirilib 2022-08-30 at the Wayback Machine. The New Yorker.