Karl Ebermayer - Wikipedia
Karl Henrix Ebermayer (alm. Carl Heinrich Ebermaier; 4 fevral 1802, Reda-Videnbrük[d] – 1 yanvar 1870, Düsseldorf, Reyn əyaləti[d]) — Almaniya həkimi və müalicəvi bitkilər üzrə yazıçısı. Karl, həkim, əczaçı və tibb yazıçısı olan İohann Xristof Ebermayerin (1768–1825) oğludur.
Karl Ebermayer | |
---|---|
Doğum tarixi | 4 fevral 1802 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 yanvar 1870 (67 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | botanik, həkim |
Üzvlüyü |
Bioqrafiya
redaktəKarl Henrix Ebermayer 4 fevral 1802-ci il tarixində, o vaxtlar Prussiya krallığının, hal-hazırda Almaniyanın tərkibində olan Reda qəsəbəsində anadan olmuşdur.[1] Karl, əczaçı olan İohann Xristof Ebermayerin oğlu idi. 1824-cü ildə o, Berlin şəhərində tibbi doktoranturasını almış, daha sonra Düsseldorf şəhərinə köçüb, orada tibbi təcrübəsini təkmilləşdirmişdir. Karyerası dövründə Karl, tibbi müşavir və gizli müşavir olaraq fəaliyyət göstərmişdir.[2]
Ebermaiera adlı bitki növü (Akantkimilər bitki fəsiləsi) Karlın soyadını daşıyır.[3] Karl "Handbuch der medicinisch-pharmaceutischen Botanik" (azərb. Müalicəvi Əczaçılıq Botanikası Kitabçası) kitabında, nəbabşünas olan Teodor Fridrix Lüdviq Nes fon Ezenbeklə (1787–1837) birlikdə işləmişdir.
Əsərləri
redaktə- Plantarum papilionacearum : monographiam medicam, 1824
- Ueber den Schwamm der Schädelknochen und die Schwammartigen Auswüchse der harten Hirnhaut, 1829
- Erfahrungen und Ansichten über die Erkenntniss und Behandlung des asiatischen Brechdurchfalls, 1832.[4]
Şəxsi səhifə IPNI saytında
İstinadlar
redaktə- ↑ Staflyo, Frans Antoni; Kouen, Riçard Samner. "Taxonomic literature : a selective guide to botanical publications". Biodiversity Heritage Library. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ Dictionnaire encyclopédique des sciences médicales: publié sous. 66. 1885.
- ↑ Qledhill, Deyvid. The Names of Plants.
- ↑ https://www.worldcat.org/identities/viaf-30349284 Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine kitabxanalarda Karl Henrix Ebermayerin yazdığı və ya onun haqda yazılan kitablar (WorldCat kataloqu)