Karl Dalhauz - Wikipedia
Karl Dalhauz (Carl Dahlhaus) — alman musiqişünası və musiqi filosofu.
Karl Dalhauz | |
---|---|
Carl Dahlhaus | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqişünas, musiqi filosofu |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1947–52-ci illərdə Frayburqda V. Qurlittdən və Göttingendə R. Herberdən dərs almışdır. Harmonik tonallığın genezisi problemləri üzrə professorluq dissertasiyası (1966) və musiqi ritminin tarixinə dair bir sıra araşdırmaları Dalhauza beynəlxalq şöhrət gətirmişdir. 1967–89-cu illərdə Texniki Universitetin (Qərbi Berlin) musiqişünaslıq fakültəsinin professoru olmuşdur.
Fəaliyyəti
redaktəH. Rimanın musiqi lüğətinin 3-cü nəşrinin hazırlanmasında H.H. Eggebrextlə əməkdaşlıq etmişdir; terminoloji hissənin bir sıra məqalələrinin müəllifi (1967), personalilərə həsr olunmuş əlavə cildlərin redaktoru (1972–75); R.Vaqnerin əsərlərinin tam külliyyatının baş redaktoru (1970–; nəşri davam edir). Alman Musiqişünaslıq Cəmiyyətinin prezidenti (1977–79); “Musiqişünaslıq üzrə yeni dərslik” seriyasının (c.1–13, 1980–95) və “Musiqili teatr ensiklopediyası”nın (c. 1–16, 1989–97) redaktoru olmuşdur.
Əsərləri
redaktəEnsiklopedik təhsilli alim olan Dalhauz kitablarında və çoxsaylı məqalələrində (“Analiz və dəyərlilik mülahizəsi”, 1970; “Musiqi tarixinin əsasları”, 1977; “Mütləq musiqi ideyası”, 1978;, “Şönberq və başqaları”, 1978; “Musiqi realizmi”, 1982 və s.) Avropa musiqi nəzəriyyəsi, tarixi və estetikası problemlərini başlanğıc mərhələsindən müasir dövrədək araşdırmışdır. [2]
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118523341 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Dalhauz// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 262.