Karl Benz - Wikipedia
Karl Fridrix Mixael Bents (alm. Carl[3][4][5][6][7] (Karl) Friedrich Michael Benz; 25 noyabr 1844[1][2][…] – 4 aprel 1929[1][2][…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır.
Karl Benz | |
---|---|
alm. Carl Benz | |
Doğum tarixi | 25 noyabr 1844[1][2][…] |
Vəfat tarixi | 4 aprel 1929[1][2][…] (84 yaşında) |
Milliyyəti | alman |
Fəaliyyəti | mühəndis, ixtiraçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKarl Fridrix Bents 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karl Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır.
Karyerası
redaktəKarl Bents öz emalatxanasında yeni daxiliyanma mühərrikləri yaratmağa başlayır. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent alır. Tezliklə, Karl Bents gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini - sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru - patentləşdirur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Carl Friedrich Benz // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Karl Friedrich Benz // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ "Berner Zeitung": "Ausdauersportler mit zwei Sternen" Arxivləşdirilib 2014-05-04 at the Wayback Machine (alm.)
- ↑ "Carl Friedrich Benz" Arxivləşdirilib 2013-08-24 at the Wayback Machine (alm.)
- ↑ Kalenderblatt 2014: 4. April Arxivləşdirilib 2019-02-23 at the Wayback Machine (alm.)
- ↑ An der Hainig-Kreuzung kracht's am meisten[ölü keçid] (alm.)
- ↑ Alles über Mercedes-Benz Arxivləşdirilib 2014-08-10 at the Wayback Machine (alm.)