Karina Aznavuryan - Wikipedia
Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur.
Karina Aznavuryan | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 20 sentyabr 1974 (50 yaş) |
Doğum yeri | |
Boyu | 170 sm |
Çəkisi | 59 kq[1] |
İdman növü | Qılıncoynatma |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKarina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. [2] Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşqul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.
İstinadlar
redaktə- ↑ Olympedia (ing.). 2006.
- ↑ "Kairna Aznavuryan "Mən Bakıya qayıtmaq istərdim" - Memo.ru". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.