Karain Magarasi - Wikipedia
Karain (türk. Karain) — paleolit epoxasına aid arxeloji abidə və mağara. Mağara Türkiyənin Aralıq dənizi regionunda, Antaliya şəhərindən 27 km şimal-qərbdə, Yağca kəndinin ərazisində yerləşir. Karain mağarası Türkiyənin ən böyük mağaralarından biridir. Mağara həm də insan yaşayan ən böyük mağara hesab olunur. Mağaranın dəniz səviyyəsindən hündürlüyü 370 metrdir. Travertin mənşəli süxurlardan ibarət olan bu mağara Qərbi Tavr dağlarının ətəyindən 80 metr yuxarda, dağ yamacındadır. Mağara əslində üç fərqli mağaralardan ibarətdir və böyük bir kompleks formalaşdırır. Mağara daxilində stallaktiklər və stalaqmitlər yetərincə çoxdur.
Karain | |
---|---|
türk. Karain | |
| |
Ümumi məlumatlar | |
Tipi | karst |
Yerləşməsi | |
37°04′39″ şm. e. 30°34′14″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1946-cı ildən mağarada arxeoloji araşdırmalar aparılır. Mağarada orta paleolita aid insan izləri aşkar edilmişdir (200—150 min il əvvəl)[1][2][3][4]. Araşdırmalara əsasən mağarada insanların məskunlaşması təxminən 25 000 il davam etmişdir (mezolit, neolit, mis dövrü və tunc dövrü). Digər paleolit dövrünə aid olan mağaralardan fərqli olaraq Karain mağarası tək bir dövrü əhatə etmir. Mağarada alt, orta və üst qatlar formalaşmaqla böyük bir tarixi dövrü əhatə edir. Məlum olmuşdur ki, İoniya dövründə (dəmir dövrü) mağara daha çox dini mərkəz kimi istifadə olunmuşdur. Mağara daxilində və girişində olan yunan yazıları bunu təsdiq edir.[5] Anadolu sivilizasiyaları muzeyində, eləcə də yaxınlıqdakı Karain muzeyində çoxlu miqadarda Karain mağarasına aid artefaktlar kolleksiyası saxlanılır. Mağarada yaşayan insanlara məxsus bu artefaktlar əsasən daşdan hazırlanıb. Artefaktlar ən son Roma imperiyası dövrünə aiddir.
Mağraya giriş ödənişlidir. Mağarada müasir dövrdə də qazıntı işləri aparılır. Karain mağarası UNESCO-nun Ümumdünya irsinə daxildir.[6]
Şəkillər
redaktə-
Əsas giriş
-
Qazıntı aparılan ərazilər
-
Roma yazıları
-
Daxili bölmələr
İstinadlar
redaktə- ↑ * XVIII. International symposium on excavation, research and archaeometry, The importance of Anatolian Paleolithic under the light of 1985—1995 Karain excavations, Dr. Kadriye Özçelik, Işın Yalçınkaya et al. (27 May 1996) (türk.)
- ↑ * XXVI. International symposium on excavation, research and archaeometry, 2003 Karain excavations, Dr. Kadriye Özçelik, Işın Yalçınkaya et al. (24 May 2004) (türk.)
- ↑ * XVIII. International symposium on excavation, research and archaeometry, The importance of Anatolian Paleolithic under the light of 1985-1995 Karain excavations, Dr. Kadriye Özçelik, Işın Yalçınkaya et al. (27 May 1996)
- ↑ * XXVI. International symposium on excavation, research and archaeometry, 2003 Karain excavations, Dr. Kadriye Özçelik, Işın Yalçınkaya et al. (24 May 2004)
- ↑ "Karain Cave". Turkish archaeo news. March 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2016.
- ↑ 2011 yılı Karain Mağarası Kazı Raporu[ölü keçid]