Karaburun Yarimadasi - Wikipedia
Karaburun (alb. Gadishulli i Karaburunit) — Albaniyanın ən böyük yarımadasıdır. Yarımada ərazisində həm milli park, həm də hərbi baza yerləşir. Yarımadada məskunlaşma yoxdur[1].
Karaburun yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 62 km² |
Ən yüksək nöqtəsi | 826 m |
Yerləşməsi | |
40°25′00″ şm. e. 19°20′00″ ş. u.HGYO | |
Akvatoriya | Aralıq dənizi |
Ölkə | Albaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAlbaniyanın ən böyük yarımadası olan Karaburun ölkənin cənub-qərbində yerləşir. Yarımadanın uzunluğu 16 km, eni 3-4,5 km, sahəsi isə 64 km² təşkil edir. İnzibati cəhətdən Vlyera dairəsi ərazisinə daxildir. Sahillərini Adriatik dənizinin suları yuyur (Otranto boğazının suları). Sahil sahəsi Karaburun-Sazan milli parkının ərazisinə daxildir[2]. Yarımadadan 5 km şimalda Albaniyanın ən böyük adası olan Sazan adası yerləşir. Karaburun yarımadası Albaniyanın materik hissəsinin ən ucqar qərb hissəsidir.
Yarımadanın ən hündür nöqtəsi Koreta dağıdır (826 m). 2000-ci ildə bu dağın üzərində telekommunikasiya antenası quraşdırılmışdır.
Yarımadada tarixi şəxslərdən Mark Antoni və Manuil II Paleoloq olmuşdur. Onlar Venesiyaya gedərkən burada olmuşlar. Koreta dağından aydın havalarda İtaliyanın Salentina yarımadasını və Otranto şəhərini adi gözlə müşahidə etmək olur. Yarımadada içməli su yoxdur. Yarımsəhra sahillərində bəzi quşlar yuva qurur. Üstəlik sahillərində adi monax suitisi yaşayır[3][4]. Adi monax suitisi tükənmə təhlükəsi qarşısındadır. Florası seyrəkdir. Burada palıd və vələs ağacları vardır. 2008 ildən İtalyanın maliyə dəstəyi ilə Külək stansiyaları quraşdırılır[5][6]. Bu obyektin Avropada ən böyük olması albanlar arasında etirazlara səbəb olmuşdur[7].
İstinadlar
redaktə- ↑ Faktlar: Yarımadalar və burunlar[ölü keçid] (ing.)
- ↑ "VENDIM PËR SHPALLJEN "PARK KOMBËTAR" TË EKOSISTEMIT NATYROR DETAR PRANË GADISHULLIT TË KARABURUNIT DHE ISHULLIT TË SAZANIT". 2011-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
- ↑ Marika Makadam «Lonely Planet Western Balkans Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine», səh. 60 (ing.)
- ↑ «Redaktora məktub» Arxivləşdirilib 2020-01-07 at the Wayback Machine (ing.)
- ↑ Albania Approves Controversial Wind Farm[ölü keçid] (ing.)
- ↑ Wind power in Albania — Albania to Build Major Wind Farm Arxivləşdirilib 2016-04-25 at the Wayback Machine (ing.)
- ↑ Opposition Grows to Albania Wind Project[ölü keçid] (ing.)