Kappadokiyali Kilse Atalari - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kappadokiyalı Kilsə Ataları — Müqəddəs Üçlük ehkamını təkmilləşdirən və sistemləşdirən Kappadokiyalı olan kilsə atalarının ümumiləşmiş adıdır. IV yüzillikdədə Xristianlıq artıq bütpərəstlik üzərində tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları arasında gedən çəkişmələr zamanı Roma imperiatorları çeşidli dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı dəstəkləyirdilər.
Ancaq sonda Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir mahiyyətə malik olması doktrinası tərəfdarları qalib gəlmişdilər. Məhz bu cərəyan dövlət tərəfindən tanınmış və imperiyanın rəsmi Kilsəsini təşkil etmişdi. Bütpərəstlərlə birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan olunmuş, onların tərəfdarları isə təqiblərə məruz qalmışdılar.
Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. Dini ehkamların sabitləşməsi, onların fəlsəfi əsaslarının işlənməsi, sistemləşdirilməsi işi imperiyanın həm Şərqində, həm də Qərbində gedirdi. Şərqdə bu işi İsgəndəriyyəli Atanasios, Qeysəriyyəli Basilios, Nazianzlı Qreqorios, Nissalı Qreqorios və Yohannes Xrisostomos adlı kilsə ataları etmişdilər. Onlara “kappadokiya ataları” deyirdilər. Qərbdə isə bu iş Mediolanlı Ambrosius, Stridonlu Hiyeronimus, Avqustinus və Gregorius Dialogus tərəfindən aparılmışdır. Bu dövrün patristikasına neoplatonizm ideyaları çox böyük təsir göstrəmişdir.
Kappadokiyalı kilsə ataları üçdür:
Onların təlimi II Ekumenik kilsə məclisində qəbul edilmişdir.
Mənbə
redaktə- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 73-74. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 73-74. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016-08-16 tarixində istifadə olunub.
- Kарташев А. В. Вселенские Соборы. I Вселенский собор в Никее 325 г. Великие каппадокийцы Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine
- Иоанн Мейендорф. Введение в святоотеческое богословие. Каппадокийский синтез