Kaposvar Universiteti - Wikipedia
Kapoşvar Universiteti (ing. University of Kaposvár, mac. Kaposvári Egyetem) — Macarıstanın Cənubi Transdanubia regionunda yerləşən ən böyük universitetlərdən biridir. Universitet ölkənin təhsil şəhərlərindən hesab edilən Kapoşvarda yerləşir və 1 yanvar 2000-ci il tarixdə Macarıstan Parlamenti tərəfindən əsası qoyulub, bununla da bütün fakültələr və kolleclər Kapoşvarda fəaliyyət göstərməyə başlayıb.
Kapoşvar Universiteti | |
---|---|
46°22′48″ şm. e. 17°49′48″ ş. u.HGYO | |
Əsası qoyulub | 2000 |
Tip | Dövlət |
Şəhər | Kapoşvar |
Ölkə | |
Sayt | ke.hu |
Tarix
redaktəMacarıstan ali təhsil sisteminin yenidən strukturlaşdırılması ilə Kapoşvar Universitetinin 1 yanvar 2000-ci ildə əsası qoyuldu. Macarıstan Parlamentinin qərarına əsasən, onun əsasını qoymuş qanuni sələfləri birləşmiş və iki fakültə və iki tədqiqat institutları da bu birləşmənin daxilində yer almışlar.
Bu inteqrasiya prosesindən əvvəl Kapoşvar Universitetini təşkil edən sələf institutları təhsilin və tədqiqatların bir çox sahələrində uğurla əməkdaşlıq edirdilər. Bu əməkdaşlığın əsas motivatorları onların elmi sahələrinin qarşılıqlı sərfəli tamamlanması və müəllimlər və tədqiqatçılar arasında olan əlamətdar insani və iş münasibətləri idi.
Kapoşvar Universiteti tərəfindən hazırlanan institusiyonal tanınma planı Təhsil Hazirliyi tərəfindən 2000-ci ildə "A" dərəcəsi almışdı. Universitet gələcəyinin necə görməsinə aid institusiyonal tanınma planı tərtib etmişdi. Təhsil, tədqiqat və xidmət strategiyası bunun insan resursları və infrastruktur inkişafı konseptləri ilə birlikdə həyata keçməsini tələb edirdi. Yeni təhsil bina kompleksi, çox funksional tələbə mərkəzi, yeni mərkəzi kitabxana və 347 tələbə üçün yeni müasir tələbə hostelinin tikilməsi bitmişdi. Yeni binalar və kampusun ümumi sahəsi 14502 m² qədərdir.[1]
Müasir obyektlər
redaktəKapoşvar Universitetinin Diaqnostik Vizualizasiya və Şualanma Onkologiya İnstitutu dünya şöhrətli professor-tədqiqatçı bazasına malik olduğu üçün öyünür və heyvanların elmi tədqiqatında geniş şəkildə araşdırması, torpaq tədqiqatı, meşə-ağac sənayesi, geologiya, fizika, arxeologiya kimi dinamik şəkildə inkişaf edən fərqli dissiplərindən başqa insan diaqnostika xidmətlərinin təmin edilməsi, əməkdaşlıq edilən institutlar və şirkətlərlə artan tələbatı təmin etmək üçün vizualizasiya diaqnostikasını tətbiq edir. İnstitutun tədqiqat heyəti geniş beynəlxalq münasibətləri saxlayaraq təhsil, tədqiqat və insan diaqnostikası sahələrində Kapoşvar Universitetinin üçün dünyada tanınmasını əldə edir.[2] İnstitut müasir CT və MR avadanlıqlarına sahibdir, radioterapik tədqiqatlar və insan diaqnostika xidmətləri üçün infraastrukturasnı təmin etmək üçün keyfiyyətli insan resurslarının inkişafını yeni onkoradiologiya bina kompleksinin reallaşdırması ilə birləşdirib.
Fakültələr və əməkdaş institutlar
redaktəHazırda təhsil və tədqiqatlar fəaliyyəti dörd fakültə və beş əməkdaş institutlar tərəfindən keçirilir. Burada elmi iş ən müasir avadanlıqlarla təmin edilir.[3]
Fakültələr
redaktə- Qida və Təsərrüfat Məhsulu Kvalifikasıyası İnstitutu
- Təsərrüfat Məhsulu Kvalifikasıyası Departamenti
- Qida sənayesi və Bioanalitika Departamenti
- Qida, Təsərrüfat məhsulu və Qidalanma Kvalifikasiya Laboratoriyası
- Psixologiya, Biokimya və Heyvan Sağlamlığı İnstitutu
- Psixologiya və Heyvan Gigiyenası Departamenti
- Biokimya Departamenti
- Psixolgiya və Biokimya Laboratoriyası
- MTA-KE Mikotoksinlər üzrə Qida Zənciri Tədqiqat qrupu
- Bitki Elmi İnstitutu
- Bitki İstehsalı və Bitki Mühafizəsi Departamenti
- Aqrometeorologiya və Su İdarəetməsi Qrupu
- Torpaq Elmi və Torpaq Elm Laboratoriya Qrupu
- Heyvan Elm İnstitutu
- Heyvan Genetikası və Biotexnologiya Departamenti
- Heyvandarlıq və onun idarəetməsi Departamenti
- At terapiyası və İppologiya Departamenti
- Ev heyvanları elmi Departamenti
- Qidalanma və Məhsul İnkişafı elmi İnstitutu
- Heyvan Qidalanması Departamenti
- Məhsul İnkişafı və Araşdırma Monitrinq Mərkəzi
- İnsan Qidalanması Elmi Qrupu
- Təsərrüfat Məhsul Texnologiya Qrupu
- Dramatik incəsənət departamenti
- Səhnə dizayneri departamenti
- Fotoqrafiya incəsənəti departamenti
- İncəsənət teoriyası və tarixi departamenti
- Kinofilm və mediya departamenti
- Kommunikasiya və Mediya elmləri Departamenti
- Marketinq və İdarəetmə İnstitutu
- Təsərrüfat İqtisaiyyatı və İdarəetməsi Departamenti
- Marketinq və Ticarət Departamenti
- Metodlogiya İnstitutu
- İnformasiya Texnologiyası Departamenti
- Beynəlxalq İqtisadi Münasibətlər Departamenti
- Redional Tədqiqatlar və Statistikalar Departamenti
- Maliyyə və Mühasibat İnstitutu
- İqtisadiyyat və Maliyyə Departamenti
- Mühasibat və Hüquq Departamenti
- Pedaqogika Departamenti
- Xüsusi ehtiyac təhsili Departamenti
- Sosiyal Elmlər Departamenti
- Kitabxana Elmləri Departamenti
- Subyektiv Pedaqogika Departamenti
- Fiziki Hazırlıq Departamenti
- Macar dili və ədəbiyyatı Departamenti
- Böyüklər üçün təhsil Departamenti
- Kommunikasiya və Mediya elmləri Departamenti
Tədqiqat mərkəzləri
redaktəQida Məhsulu Tədqiqat İnstitutu
redaktəYem Bitkiləri Araşdırma İnstitutu yağlı bitkilərin, zülal bitkilərin, yem bitkilərinin selektiv bəcərilməsi və olardan yüksək keyfiyyətli toxumlararın istehsal etməsi üzərində çalışır. İnstitutun sələfinin 1936-cı ildə əsası qoyulub və geniş münasibətlərlə ən böyük günəbaxan becərilmə mərkəzlərindən birinə inkişaf edib.[8]
Sağlamlıq Mərkəzi
redaktəSağlamlıq Mərkəzi aktiv olaraq universitetin hazırkı təhsilində və məzun olduqdan sonrakı təhsilində baytarlıq, tibb və sağlamlıq elmləri sahələrindəki teoretik və praktiki treynnqlərini təmin edərək iştirak edir. Kapoşvar Universitetinin Diaqnostik Vizualizasiya və Şualanma Onkologiya İnstitutunun əsası 1989-cu ildə qoyulub. Qabaqcıl kəsəseksiyalı diqanostik vizual texnologiyası həm insan sağlamlığında, həm də heyvanların elmi tədqiqatlarında istifadə edilir.[9]
Pannon Atçılıq Akademiyası
redaktəPannon Atçılıq Akademiyası Kapoşvar Universitetinin əsas hissələrindən biridir. Akademiya bir çox hallarda universitetin təhsil proqramında aktiv rol oynayır, əsasən də atçılıq idman növündə ixtisaslaşan tələbələrin təhsil və treyninqlərində. Buranın unikal infrastrukturu bu sahə üzrə həm teoritik, həm də praktiki öyrənməni eyni zamanda yüksək səviyyədə etməsini mümkün edir.[10]
Bözenfa Ovçuluq və Ladşaft Mərkəzi
redaktəBözenfa Ovçuluq və Ladşaft Mərkəzi Macarıstanın ən böyük maral fermasıdır. Jeliç təpələrində yerləşən kiçik kənd olan Bözenfada Kapoşvar Universitetinin Ovçuluq və Landşaft Mərkəzi fəaliyyət göstərir. Mərkəz eksperimental proqram kimi fəaliyyətə başlamışdı, indi isə ora Mərkəzi Avropanın ən vacib ehtiyatlarından biridir və iyirmi illik ənənəyə malikdir. 1300 qektar sahədə 1500-dən çox qırmızı maral, 300 vəhşi qaban, 200 qırmızı-sarımtıl maral, 150 muflon və təxminən 50 cüyür yaşayır. Həmçinin, malqara, qoyun sürüsü, donuz, atlar, ulaqlar, keçilər və su çamışları kimi ev heyvanlarını da çoxaldırılır. Mərkəzin fərqli fəaliyyəti Macarıstanda təkdir, çünki ovçuluq, bitki becərilməsi, meşə təsərrüfarı, ov, ət emalı prosesi və turizm eyni məkanda yerləşir. Bura bir çox tədqiqat layihələrinin hissəsi olur və Kapoşvar Universiteti tələbələrinin teoretik və praktiki qiymətləndirilməsinə öz töhfəsini verir.[11]
PET Mərkəzi
redaktəKapoşvar Universitetindəki dünyaşöhrətli unikal PET/MR Mərkəzi genetik, molekulyar bioloji, təbii kimyəvi, nevroloji və radiobioloji tədqiqat sahələrində dünya liderlərinə çatmaq üçün əsası qoyulub. Bura dünyada yalnız 50 çeşid olan MRI skaner, kompleksli radiokimyəvi laboratoriya və PET/CT avadanlıqları ilə təchiz edilmiş Mərkəzi Avropdada ilk fəaliyyət göstərən mərkəzdir.[12]
Təhsil proqramları
redaktəBakalavr proqramları:
- Heyvandarlıq Mühəndisliyi
- Kənd təsərrüfarı Mühəndisliyi
- Bitkilərin becərilməsi Mühnəndisliyi
- Təbiət Mühafizəsi Mühəndisliyi
Magistratura proqramları:
- Heyvandarlıq elmi
- Heyvan qidalanması və Yem təhlükəsizliyi (ingilis dilində də həmçinin)
- Kənd təsərrüfatı Mühəndisliyi müəllimi (Heyvandarlıq Mühəndisliyi)
Ali peşə təhsili:
- Ətraf Mühitin Mühafizəsi Texnologiyası
- Stud Manager
Gələcək üçün nəzərdə tutulan proqramlar:
- Vəhşi Təbiətin İdarəetməsi mühəndisliyi (bakalavr)
- Kənd təsərrüfatı (magistratura)
- Təbiətin Mühafizəsi (magistratura)
Magistratura proqramları:
- Aktyorluq
- Vizual mədəniyyət müəllimliyi
Bakalavr:
- Ümumi səhnə dizaynerliyi (ixtisas sahələri: səhnə tərtibatı, kostyum tərtibatı)
- 2D İncəsənəti (ixtisas sahələri: rəssamlıq, qrafika)
- 3D İncəsənəti (ixtisas sahələri: heykətəraşlıq, numizmatika, sculpture, kukla dizaynı)
- Rəqəmsal dizaynerlik (ixtisas sahələri: veb-dizan, animasiya, elektroqrafiya)
- Fotoqrafçılıq
- Kommunikasiya ekspertliyi (ixtisas sahələri: çap mediyasında jurnalistika, elektron mediyasında jurnalistika)
- Kinofilm və Mediya (ixtisas sahələri: kinofilm və mediya təhsili, multimediya inkişafı)
Ali peşə təhsili:
- Audo-vizual assistentlik
- Mediya texnologiyası assistentliyi
- Televiziya assistentliyi
- İdman şərhçiliyi
- Ofis idarəçiliyi
Magistratura proqramları:
- Maliyyə
- Regional və Ətraf Mühit İqtisadiyyatı
- Aqrobiznes və Kənd inkişafı idarəçiliyi
Bakalavr proqramları:
- Aqrobiznes və Kənd inkişafı idarəçiliyi
- Maliyyə və Mühasibat
- Ticarət və Marketinq
- Beynəlxalq münasibətlər
İngilis dilində proqramlar:
- Regional və Ətraf mühit iqtisadiyyatı (magistratura)
- Maliyyə və Mühasibat (bakalavr)
Ali peşə təhsili:
- Aqrobiznes və Kənd inkişafı idarəçiliyi
- Maliyyə və Mühasibar
- Ticarət və Marketinq
Xüsusi treyninq proqramları:
- Aqro-İqtisadiyyat (iqtisadçı və and mütəxəssis)
- İflasçılıq üzrə mütəxəssis və and Resurslasın qorunması (iqtisadçı və and mütəxəssis)
Bakalavr proqramları:
- Andraqogika
- Xüsusi ehtiyacı olan uşaqların müəllimliyi
- Kitabxanaçılığın informatikası
- Macar dili və ədəbiyyatı
- Uşaq bağçası müəllimliyi
- İbtidai məktəb müəllimliyi
Magistratura proqramları:
- Din müəllimliyi — Tərbiyəçi
Ali peşə təhsili:
- Körpə və Uşaq qayğısı
- Turizm Mütəxəsssisliyi idarəçisi
- Gənclərə qayğı
- Treyninq assistentliyi
- İctimayyətin aktivliyi üzrə planlaşdırma
- İdarəetmə Administratorluğu – Katibliyin başçısı
- İaşə mütəxəssisliyi
Xüsusi treyninq proqramları:
- Uşaq bağçasında və ibtidai məktəbdə adaptasiya, davranış və öyrənmə çətinliyi olan uşaqların birgə təhsili
- İnsan resursları məsləhətçiliyi
- Mədəniyyətlərəarası təhsildə məsləhətçi
- Məktəb ruhi gigiyenası, ailə qorunması sahələrində sertifikatlı tərbiyəçi
- İtlər terapevtliyi
- Xarici dil olaraq Macar dili müəllimlik məsləhətçisi
- Muzey pedaqogikasında ixtisaslaşmış müəllimlik
- Uşaq bağçası və aşağı ibtidai məktəb müəllimləri üçün xüsusi sağlamlıq fiziki təhsil
- Məsləhətçi müəllim sahəsində sertifikatlı tərbiyəçi
- Xüsusi ehtiyacı olan uşaqların xüsusi təhsili sahəsində sertifikatlı tərbiyəçi
- Əcnəbi dildə xüsusi dərslərin öyrədilməsi
- Turisst animator
- İdarəetmə administrasiyasında mütəxəssis
- İdarəetmə peşə təhsilində mütəxəssis
- Ofis idarəetməsində peşə instruktoru
İngilis dilində proqramlar
redaktəTəsərrüfat və Ətraf Mühit elmləri fakültəsi
redaktə- Magistratura: Heyvan Qidalanması və Yem Təhküləsizliyi İdarəetməsi
- Doktrantura: Heyvan Elmləri Məktəbi
İqtisadi Elm fakültəsi
redaktə- Bakalavr: Beynəlxalq tədqiqatlar
- Magistratura: Regional və Ətraf Mühit İqtisadiyyatı
- Doktorantura: İdarəetmə və Təşkilatı Elm Məktəbi[17]
Kapoşvar Universitetinin Doktorantura Məktəbləri
redaktəKapoşvar Universitetinin dotorantura məktəbləri Heyvan Elmləri, İdarəetmə və Təşkilat Elmlərində geniş proqramların sahəsi üzrə ən istedadlı tələbələrin peşəkar və intellektual inkişafına töhfəsini verir. Hər iki doktorantura məktəblərdə innovativ mütəxəssislərdən əlavə təzə tələbələri tədqiqat və inkişaf instituları da daxil olmaqla ali təhsil instututlarına və PhD elm dərəcəsi ilə biznes sektorunda innovativ şirkətlərə hazırlayırlar. Doktorluq fəaliyyəti yuxarıda adı çəkilən proqramlar üzrə aparılır və tələbələrin individual iştirak etdiyi təcrübə və sınaq üzərində əsaslanıb. Bunlar da tələbələrin tələb olunan peşəkar təcrübənin əldə edilməsini təmin edir.[18]
Təqaüdlər
redaktəErasmus
redaktəKapoşvar Universiteti beynəlxalq münasibətlərin aktivlik və araşdırma fəaliyyətində həm tələbələr, həm də müəllimlər üçün inkişaf etməsində maraqlıdır. Regionda ən innovativ universitetdə təhsil almaq üçün onlara ən yaxşı xidmət və imkanların yaradılmasına çalışılır. Universitetin beynəlxalq komandası öz partnyor institutlarla əməkdaşlıq edir və universitetin departamentləri tələbələrin həm Kapoşvarda, həm də xaricdə yüksək keyfiyyətli ali təhsillərinin alınmasını təmin edir
Stipendium Hungaricum
redaktəStipendium Hungaricum Macarıstan Dövləti tərəfindən əsası qoyulan təqaüd proqramıdır. Stipendium Hungaricum təqaüd proqramının təhsil məqsədi beynəlmiləlləşdirməni və Macarıstan ali təhsilinin keyfiyyət inkişafını təşviq etmək, Macarısta elmi elitasının beynəlxalq münasibətlərini gücləndirmək, Macarıstan ali təhsil institutlarının müxtəlifliyini artırmaq və rəqabətədavamlı Macarıstan ali təhsilini dünyada təşviq etmək.
Vışeqrad Təqaüd Proqramı
redaktəVışeqrad təqaüdləri magistratura və doktorantura təhsili, tədqiqatını təmin edir, V4 regionunda ali təhsil instututlarında təhsil almanı reallaşdırır. Həmçinin, təqaüd proqramı Qərbi Balkan və Şərqi Tərəfdaşlıq ölkələri üçün də keçərlidir.[19]
Kampus
redaktəKitabxana
redaktəKapoşvar Universitetinin Kitabxanasının əsası 2000-ci ildə qoyulub. Kitabxana universitet kampusunun mərkəzində yerləşir. Ümumi sahəsi 1700 m², iki böyük oxucu zalına malikdir, ödənişsiz WiFi, 150 oturacaq və bəzi texnologiya xitmətləri də var (kompüterlər, ksero və fotokopiya, print). Kitabxana universitetin dörd fakültəsinin istəklərini və ehtiyaclarını ödəyir, humanitar və sosiyal elmlər, iqtisadiyyat, kənd təsərrüfatı elmləri, incəsənət ədəbiyyatını geniş miqyasda təmin edir. Kitabxananın ehtiyatı 200000-dən çox sənəddən ibarətdir, onların çox hissəsi ictimai açıq yerdə saxlanılır. Kitabxanadakı iş prosesi Aleph 500 inteqrallaşdırlımış kitabxana idarəetmə sistemi ilə avtomatlaşdırlıb. Kitabxana hər il 200-ə yaxın yeni sənəd alır və abunə olduğu jurnalların sayı 300-ə yaxındır.[20]
Tələbə Hostelləri
redaktəKapoşvar Universitetinin tələbələri üç tələbə hostellərində yaşayır.
2005-ci ilin sentyabrında tikilən və 350 nəfərlik olan Yeni Tələbə Hostelinin otaqları iki nəfərlikdir və otaqlarda duş və ayaqyolu da var. Otaqla kabelli TV ilə və hər tələbə üçün internet bağlantı ilə təchiz edilib. Hosteldə həmçinin qida maqazini və kafe də fəaliyyət göstərir, həmçinn kompüter zalı, idman zalı və sauna, camaşırxana, hər mərtəbədə mətbəx yerləşir. Bütün bu yerlər hostel sakinlıəri üçün ödənişsizdir.
Tam təmirdən sonra Çukaş Zoltan Tələbə Hosteli 2007-ci ilin noyabrından istifadəyə verildi. Bina yeni müasir mebellə təchiz olunub. Otaqlar iki çarpayılıdır və əl-üz yumaq üçün avadanlıqla, kabel TV, internet bağlantı ilə təchiz edilib. Duş və ayaqyolu dəhlizdədir və hər mərtəbədə mətbəx də var. Kompüter zalı, ümumi oxu zalı və camaşırxana ödənişsizdir.
Kafka Margit Tələbə Hosteli üç çarpayılı otaqlardan ibarətdir. Orada ümumi duşlar, ayaqyolu və mətbəxlər hər ərtəbədə var. Hosteldə həmçinin kompüter zalı, ümumi oxu zalı, idman zalı və camaşırxana da fəaliyyət göstərir və bu yerlər ödənişsizdir. Əlil tələbələr Yeni Hosteldəki altı otaqda və Çukaş Zoltan Hostelindəki iki otaqda yaşaya bilərlər. Bu otaqlarda bütün şərait var, binalarda həmçinin bu tələbələr üçün xüsusi girişlər də var.[21]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "History". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Institute of Diagnostic Imaging and Radiation Oncology of the Kaposvár University". 2016-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "About us". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Agricultural and Environmental Sciences". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Arts". 2017-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Economic Science". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Facuılty of Pedagogy". 2017-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Feed Crops Research Institute". 2021-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Health Center". 2017-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Panon Equestrian Academy". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Boszenfa". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "PET center". 2017-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Agricultural and Environmental Sciences Study programmes". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Arts". 2017-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Economic Science Study programmes". 2017-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Faculty of Pedagogy". 2017-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ [ http://english.ke.hu/programmes-in-english/study-programmes-for-foreign-students Arxivləşdirilib 2017-04-27 at the Wayback Machine Study programmes for foreign students]
- ↑ [ http://english.ke.hu/programmes-in-english/doctoral-phd Arxivləşdirilib 2017-04-27 at the Wayback Machine Doctoral PhD]
- ↑ "Scholarships". 2017-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Library". 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ [ http://english.ke.hu/services/student-hostels Arxivləşdirilib 2017-05-03 at the Wayback Machine Hostels]