Kap Firtinaqusu - Wikipedia
Kap fırtınaquşu[3][4][5] (lat. Daption capense) — (Daption) Fırtınaquşular fəsiləsinə və Fırtınaquşukimilər dəstəsinə aid olan dəniz quşu. Öz cinsinin Daption yeganə nümayyəndəsi. Əsasən onlar Antarktidanın sahil zolağında və subantarktik bölgələrdə yerləşən adalarda yuva qururlar. Üstəlik onların yuva qurmasını Kergelen arxipelaqında, Herd adası və Makdonald adalarında və Yeni Zelandiya sahillərində müşahidə etmək olur. Onların ümumi çəkisi 250–300 q arasında dəyişir. Hündürlüyü 36 sm, qanadları arasında məsafə 89 sm-dir. Bu ölçülərinə hörə onlar kiçik fırtınaquşulara daxildirlər. Qanadları enli, quyuqları qısa və dairəvidir. Qanadlarında ağ ləkələr mövcuddur. Başı, böyür nahiyyəsi və bel hissəsi qara rəngdə olur. Bu canlılar bəzən Cənub okeanında üzən gəmilərin üzərinə qonurlar. Cənub yarımkürəsində qış başlayarkən onlar Peruan cərəyanı ilə Cənubi Amerika sahillərinə, Benqal cərəyanı ilə isə Qərbi Afrika sahillərinə uçurlar. Yumurtadan 40–50 qün ərzində inkubasiya dövrünü yaşayırlar. Yetkinlik yaşına isə 3 yaşında çatırlar. Ömür müddəti 18 il təşkil edir.
Kap fırtınaquşu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kap fırtınaquşu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ Fraser, Ian; Gray, Jeannie (2013). Australian Bird Names: A Complete Guide. CSIRO. p. 46. ISBN 9780643104709.
- ↑ Бёме Р. L, Флинт В. Е. Пятиязычный словарь названий животных. Птицы. Латинский, русский, английский, немецкий, французский / Под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., "РУССО", 1994. — С. 16. — 2030 экз. — ISBN 5-200-00643-0
- ↑ Пекло А. М. (2007): Птицы Аргентинский островов и острова Питерман. Кривой Рог: Минерал. 264 с.