Kamil Memmedov Dovlet Xadimi - Wikipedia
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.
Kamil Məmmədov | |
---|---|
dekabr 1985 – 22 may 1991 | |
Sədr | Musa Məmmədov Müzamil Abdullayev |
5 fevral — 22 may 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini kimi | |
25 dekabr 1985 – 6 fevral 1989 | |
22 avqust 1972 – 12 dekabr 1985 | |
Əvvəlki | Tağı Bədirov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 avqust 1931 (93 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | mühəndis, dövlət xadimi |
|
|
Təltifləri |
|
Həyatı
redaktəKamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur.
1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti
redaktəKamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır.[1] O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Zaqatala, Şəki, Qəbələ və Bərdədə yaşayış binaları, Yevlax, Balakən və Qəbələdə uşaq bağçaları, Qəbələdə stadion, Qəbələ və Bakıda istirahət zonaları, uşaq xəstəxanası tikilib istifadəyə verilmişdir.
Azərbaycanda emal sənaye müəssisələrinin istehsalat gücünün artırılması məqsədilə geniş yenidənqurma işlərinin aparılmasında, yeni müəssisələrin tikilməsində, 1994–1996-cı illərdə əhalinin çörəklə təminatında yaranmış olduqca ağır vəziyyətin sabitləşdirilməsi işində xüsusi rolu olmuşdur.
Təltifləri
redaktə- Məmmədov "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.
- Azərbaycan Respublikasının əməkdar mühəndisi — 20.12.1991[2]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 26.07.2011[3]
Kitabları
redaktə- "Yaşadıqlarım". Bakı. 2015.
- "Müraciət". Bakı. 2019.
İstinadlar
redaktə- ↑ "K.S.Məmmədov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 26.07.2011. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.07.2011.
- ↑ "K.S.Məmmədov yoldaşa "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 20.12.1991. 06.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.12.1991.
- ↑ "K.S.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 26.07.2011. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.07.2011.