Kamcatski Yarimadasi - Wikipedia
Kamçatski yarımadası (rus. Камчатский полуостров) — Asiyanın şimal-şərqində Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən yarımada. Berinq dənizinin daxilinə 40 km məsafədə Kamçatski yarımadası Ust-Kamçatskdan şimalda, Kamçatka çayının mənsəbində yerləşir. Yarımadada eyni adlı burun yerləşir. Əvvəllər yarımada Kamçatski burnu yarımadası adlanırdı. Həmçinin yarımadada Afrika burnu vardır. Onun şimalında isə Stolbovoy burnu qərarlaşır. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Yarımadanın iri çayları: Pikej, Pervaya perevalnaya, Vtoraya perevalnaya, Stremitelnaya, Olenya. Afrika burnu ilə Stolbovoy burnu arasında Soldatskaya buxtası yerləşir.
Kamçatski yarımadası | |
---|---|
Yerləşməsi | |
56°28′ şm. e. 162°50′ ş. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Yarımada Aleut adaları və Komandor adalarının su altı davamının Kamçatka yarımadasına birləşdiyi yerdir. Bu səbəbdən burada güçlü zəlzələlər baş verir. Buna səbəb isə tektonik çatlardır. Bitki və heyvanlar aləmi kəskin şəkildə fərqlidir. Ayılar isə Ust-Kamçatsk şəhəri və Krutobereqovo qəsəbəsinə yarın olması səbəbi ilə az müşahidə edilir.