Kalium Asetat - Wikipedia
Kalium asetat | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C2H3KO2 |
Molyar kütlə | 98.15 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 292 °S |
Kaliumasetat
redaktəTibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir.
Kaliumasetat — CH3COOK
Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar:
Fiziki-kimyəvi xassələri
redaktəKalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır.
Tətbiqi
redaktəPreparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.