Kaur Kosmik Platforma - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KAUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq.
KAUR-1
redaktə1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu. Əvvəlcə peykin təcrübəvi hesab edilməsinə baxmayaraq yüksək xarakteristik sistemlər hesabına o istismara verildi. Daha sonra "Tsiklon" kosmik aparatı aşağıdakı xarakteristikaya sahib olan KAUR-1 təyinatı əldə edən müxtəlif təyinatlı bir sıra unikifikasiya edilmiş aparatların əsası olduː
- yeni oriyentasiyalı günəş batareyaları (GB);
- Günəş batareyalarının termostatik nəzarət çərçivəsi və termotənzimləyici sistemlərin radiatoru;
- motor sisteminin olmaması;
- oriyentasiyanın tək tərəfli maqnit-qravitasiya sistemi (КА 11F621-də oriyetasiya sistemi mövcud deyil);
- çəkisi: 800–1000 kq.
"Tsiklon"da KA ailəsindən savayı"Körfəz" navİqiasiya əlaqəli KA ailəsi, KА "Sfera", həmçinin də İonesfer stansiyası" tədqiqat peyki və suborbital "Yüksəklik zondu" aparatı.
15 may, 1967-ci il tarixindən (Kosmos-158) 27 iyul, 1978-ci il tarixinədək (Kosmos-1027) "Tsiklon" və "Körfəz" ailəsi sisteminə cəmi 25 buraxılış olub, "Sfera" sisteminə Kosmos-203-dən (20.02.1968) başlayaraq Kosmos-1067-dək (26.12.1978) 18 KA buraxılıb.
KAUR-1 platformasının bazasında КА-nın buraxılışlarının siyahısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Adı | İndeks | İstismar illəri | Buraxılış miqdarı (uğurlu olanları) | Çəkisi, kq | Qabaritlər, m | Gücü, kVt | Ayırma vasiələri | Təyinatı |
"Tsiklon"[1] | 11F617 | 1967–1972 | 11[2][3] | 800 | 3 х 2,04 | 0,21 | RN "Kosmos-3M" | Eksperimental naviqasiyalı rabitə sistemi |
"Körfəz"[4] | 11F617 | 1973–1978 | 15(14)[2][5] | 800 | 3 х 2,04 | 0,21 | RN "Kosmos-3M" | "Tsiklon" naviqasion sistemlərin sınaq variantı |
"Sfera"[6] | 11F621 | 1968–1978 | 18(17) | 750 | 3 х 2,04 | 0,1 | RN "Kosmos-3M" | geodeziya, kartoqrafiya |
"Tsiklon-B", "Parus"[7] | 11F627 | 1967–2010 | 99(94) | 800 | 3 х 2,04 | 0,21 | RN "Kosmos-3M" | hərbi əlaqə, naviqasiya |
Tsikada[8] | 11F643 | 1976–1995 | 20(20) | 800 | 3 х 2,04 | 0,21 | RN "Kosmos-3M" | "Tsiklon" sistemlərinin mülki variantı |
KAUR-2
redaktəKAUR-2 kosmik platformanın əsasında inşa edilmiş, ötən əsrin 60-cı illərinin ortalarında planlaşdırılmasına başlanılmışdır və aşağıdakı xarakteristikaya sahib idiː
- üçölçülü oriyentasiya sistemi;
- termotənzimləyici aktiv qaz-maye sistemi;
- çəkisi 1500–1700 kq;
- gücü — 1300 Vt;
- nəzərdə tutulan xidmət müddətiː 1 il;
- orbitdə qabarit ölçüləri — 4,4×8,2×8,2 m;
Bu platformada ilk seriyası orbitə 1964-cü ildə buraxılan "İldırım" peyk seriyası inşa edilmişdir.
KAUR 2 platforması bazasında KA buraxılışlarının siyahısı | ||||||
---|---|---|---|---|---|---|
Adları | İndeksləri | İstismar illəri | Buraxılış miqdarı (uğurlu) | Çəkisi, kq | Qabaritləri, m | Gücü, kVt |
İldırım −1+ | 11F67 / 11F658 | 1967–1983 | 56 (52) | 1600 | 4,4×8,20 | 0,46 |
İldırım −1T | 11F658Т | 1983–2004 | 37 (37) | 1656 | 4,4×8,20 | 0,93 |
İldırım — 2 | 11F628 | 1971–1977 | 19 (17) | 1700 | 4,4×8,20 | 0,96 |
İldırım — 3 | 11F637 | 1974–2003 | 54(52) | 1740 | 4,4×8,20 | 1 |
İldırım — 3K | 2001–2005 | 2(1) | 1740 | 4,4×8,20 | 1,47 |
İstinadlar
redaktə- ↑ "Циклон". ОАО Информационные спутниковые системы имени академика М.Ф. Решетнёва. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.10.2010.
- ↑ 1 2 "Военные ИСЗ". 44 ракетный полк. 2010-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2010.
- ↑ "Zaliv". Gunter's Space Page. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2011.
- ↑ "Новый «Парус» над планетой". Журнал «Новости Космонавтики» № 10, 1999 г. 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2011.
- ↑ "Zaliv". Gunter's Space Page. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2011.
- ↑ "Сфера". ОАО Информационные спутниковые системы имени академика М.Ф. Решетнёва. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.10.2010.
- ↑ "Parus". Encyclopedia Astronautica. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2010.
- ↑ "Цикада". ОАО Информационные спутниковые системы имени академика М.Ф. Решетнёва. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.10.2010.