Koprivnitsa - Wikipedia
Koprivnitsa (xorv. Koprivnica) — Xorvatiyanın şimal hissəsində yerləşən şəhər. Koprivnitsa-Krijevtsi jupaniyasının ən böyük şəhəri. Əhalisi 2011-ci il siyahıyaalma məlumatlarına görə 30,854 nəfərdir.[4]
Kоprivnitsа | |
---|---|
Koprivnica | |
46°09′ şm. e. 16°49′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 149 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 48000[3] |
Digər | |
koprivnica.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumatlar
redaktəKoprivnitsa Zaqrebdən şimal-şərqdə (paytaxta qədər olan məsafə 75 kilometrdir) yerləşir, Drava çayı boyunca bu yerdən keçən Macarıstanla sərhəddən 10 kilometr məsafədədir. 32 km şimal-qərbdə Varajdin, 30 km cənub-qərbdə Krijevtsi , 22 km cənub-şərqdə Djurdjevac şəhərləri yerləşirlər.
Koprivnitsa böyük nəqliyyat qovşağını təşkil edir. Zaqreb — Budapeşt və Varajdin — Osiyek kimi dəmir yolu magistralları buradan keçirlər. Avtomagistrallar Zaqreb, Varajdin, Osiyek və Macarıstana aparılar.
Koprivnitsa sənaye şəhəridir. Şəhərin iqtisadiyyatı qida, kimya və ağac emalı sənayesinə əsaslanır. Tanınmış "Vegeta"nı da daxil edilməklə qida məhsulları istehsal edən Podravka firması şəhərin ən böyük müəssisəsidir.
Şəhərdə həmçinin Pan pisvəsinin (marka ölkənin pivə bazarının 16%-ını təşkil edir) də istehlakçısı olan Carlsberg şirkətinin zavodları yerləşir.
Əhalinin məskunlaşması
redaktəŞəhərin sahəsi 90,94 km²-dir.[4]
- Bakovçitsa, əhalisi 321
- Draqanovets, əhalisi 506
- Hereşin, əhalisi 728
- Yagnyedovets, əhalisi 344
- Koprivnitsa, əhalisi 23,955 nəfər
- Krunovets Breq, əhalisi 641
- Reka, əhalisi 1,507
- Stariqrad, əhalisi 2,386
- Ştaqlinets, əhalisi 466
Görkəmli şəxsləri
redaktə- Vanna
- Zlata Bartl
- İvan Brkiç
- Jarko Dolinar
- İvitsa Hirşl
- Baltazar Dvorniçic Napuli
- İvan Generaliç
- İvan Qolats
- Slavko Lövı
- Armin Şrayner
- Milivoj Solar
- Branko Svarc
Qalereya
redaktə-
Koprivnitsada əsas binalar
-
Şəhər parkındakı Paqoda
-
Müqəddəs Nikolay kilsəsi
-
Monastır
-
Koprivniçadakı park
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Register of spatial units of the State Geodetic Administration of the Republic of Croatia.
- ↑ Popis stanovništva, kućanstava i stanova 2021. – stanovništvo prema starosti i spolu po naseljima, 2021 Croatian census: population data by age, sex, settlement. Croatian Bureau of Statistics, 2022.
- ↑ List of Croatian settlements and delivery post offices. 2022.
- ↑ 1 2 "POPULATION BY AGE AND SEX, BY SETTLEMENTS, 2011 CENSUS" (ingilis dili). dzs.hr. 16 noyabr 2013 tarixində arxivləşdirilib.