Kerkuk Doyusu 1733 - Wikipedia
Kərkük və ya Ağ Dərbənd döyüşü — Nadir xanın Mesopotomiya yürüşünün son döyüşü. Bu döyüşdə Nadir xan onu əvvəl məğlub etmiş Osmanlı sərkərdəsi Topal Osman Paşadan intiqamını almış, onun ordusunu döyüşdə məğlub etmiş, özünü isə öldürmüşdür.[8] Bu döyüş hər iki tərəf üçün gözlənilməz qələbələr və məğlubiyyətlərlə müşayiət olunan hadisələr zəncirinin bir silsiləsi idi. Döyüş Nadirin ordusu üçün böyük qələbə ilə nəticələndi. Lakin Nadir xan imperiyanın cənubunda günü-gündən böyüyən və Məhəmməd xan Bəlucun rəhbərlik etdiyi üsyana görə bölgədən getməyə məcbur oldu. Bu Nadiri qələbəsindən sona qədər faydalanmasına mane oldu, belə ki, Nadir xan yürüşünü davam etdirərək Bağdadı ələ keçirə bilərdi.[9]
Kərkük döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri | |||
| |||
Tarix | 24-26 oktyabr 1733 | ||
Yeri | Kərkük, Mosul vilayəti | ||
Səbəbi | Nadir xanın Kirmanşah sülh müqaviləsinin şərtlərindən narazı olması və itirilmiş torpaqları geri qaytarmaq istəməsi | ||
Nəticəsi | Mütləq Əfşar qələbəsi.[1][2] | ||
Ərazi dəyişikliyi | Səfəvi dövləti Osmanlı İraqını ələ keçirsə də, Məhəmməd xan Bəluc üsyanına görə geri çəkilməyə məcbur oldu. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Arxa plan
redaktə1730–1732-ci illər Osmanlı-Səfəvi müharibəsinin ardından 1732-ci ildə Kirmanşah sülh müqaviləsi imzalandı. Bu müqaviləyə görə Araz çayı iki dövlət arasında sərhəd olacaq, İrəvan, Gəncə, Naxçıvan, Bitlis, Şirvan və Dağıstan osmanlılara, Təbriz, Kirmanşah, Luristan və Ərdəbil əyalətləri səfəvilərə qalacaqdı. Sözügedən müqavilə Osmanlı dövlətini məmnun etmədi və sədrəzəm vəzifəsindən uzaqlaşdırıldı. Yəni, həssas sülh şəraiti yaradıldı. Səfəvi imperiyası da itirdiyi torpaqları geri almaq üçün fürsət gözləyirdi. 1733-cü ildə faktiki hakimiyyəti tamamən ələ keçirən Nadir xan osmanlılardan torpaqları geri ala bilmək üçün yenidən müharibəyə başladı.
Nadir xanın Mesopotomiya yürüşü 1732–1733-cü illəri əhatə edir. İranın qərbi və Qafqaz Osmanlı imperiyasının əlində ikən Nadir xanın niyə məhz İraqa hücum etməsi dəqqi bilinmir və tarixçilər arasında mübahisələrə səbəb olmuşdur. Aksvorti ehtimal edir ki, Nadir xan osmanlılara gözləmədikləri yerdən zərbə vurmaq və sonda ələ keçirdiyi yerləri Qafqazla dəyişmək fikrində idi. Çünki ələ keçirilməsi arzulanan Bağdad danışıqlar üçün ən ideal üstünlük idi. Hücum reallaşmamışdan əvvəl Osmanlı imperiyası bunu gözləməsə də, hazır vəziyyətdə idi.
Səfəvi ordusu özünün sağ qalan 7 min nəfərlik ordusu ilə Kərkükü mühasirəyə almışdı və sonra Bağdad yaxınlığında Osmanlı ordusunu məğlub etdikdən sonra Nadir xan çox çətin hərbi manevra edərək ordusunu Dəclə çayından keçirdi. Çayı keçən ordu Bağdad şəhərini mühasirəyə aldı. Şəhərdəki müqavimətə Osmanlı sərkərdəsi Əhməd paşa rəhbərlik edirdi. Çox inadkar sərkərdə olan Əhməd paşa Topal paşanın rəhbərliyi altındakı 80.000 nəfərlik (bəzi mənbələrə görə 100.000 və ya 200.000 nəfərlik) Osmanlı ordusunun yardıma gəlib çatdığı vaxta qədər şəhəri müdafiə edə bildi. Topal paşa bu ordunu müxtəlif vilayətlərdən, ərəblərdən və kürdlərdən toplamışdı.[10]
Topalm paşa hiylə işlədərək öz ordusunun demək olar ki, 1/4 hissəsini itirən Nadir xanı əlverişsiz müharibəyə cəlb edə bildi. Nəticədə Səfəvi ordusu məğlub edildi, ordunun yarısı öldürüldü və bütün silah-sursat itirildi. Nadir xanın ordusu üçün dəhətli nəticələrlə bitən Samara döyüşünün nəticələrini eşidən Bağdad valisi Əhməd paşa şəhəri mühasirədə saxlayan 12 min nəfərlik Qızılbaş ordusuna hücum etdi.[11]
Samara döyüşündəki məğlubiyyət Nadir xana baha başa gəlmişdi. Onun ordusunun sayı 30 minə qədər azalmış, döyüş ləvazimatlarının, ərzaq xeyli azalmış, Bağdada gedən yolunun önü kəsilmişdi. Bir çox təcrübəli döyüçmünün həyatını itirməsi ən böyük problemlərdən biri idi. Ortada olan problemlərdən biri də o idi ki, bu vaxta qədər məğlubedilməz olan Nadir xanı döyüşçüləri bu məğlubiyyətlə döyüş əhval-ruhiyyələrini itirmişdilər. Nadir xanın vəziyyəti öz yerinə dəyişdirmək üçün gördüyü ilk iş ordusunun əhval-ruhiyyəsini qaldırmaq oldu. O, öz köməkçilərini çağıraraq səhvlərini etiraf etdi:
...Nadir bildirdi ki, onun və onun adamlarının hər birinin taleyi eynidir və birdir, o, onlara keçmiş fədakarlıqlarını və cəsurluqlarını xatırlatdı və söz verdi ki, o, son məğlubiyyəti onlara unutduracaqdır. Beləcə, öz sərkərdələri və döyüşçüləri tərəfindən bəyənildi. O, öz döyüşçülərinin döyüş ruhunu yeniləməklə birlikdə osmanlılarla qarşıdan gələn müharibədə döyüşçülərinin ona qarşı itaətsizlik etməmələrini də təminat altına aldı. |
Üsyan imperiyanın cənubunda Məhəmməd xan Bəlucun rəhbərliyi altında gedirdi və o, öz ətrafına xeyli sayda narazı kütlə toplaya bilmişdi. Üsyan həmin bölgədəki yerli ərəb tayfaları tərəfindən də dəstəklənirdi. Nadirin fikirləşdiyi həll yoluna görə o, birinci Topal paşa problemini həll etməli, yalnız ondan sonra üsyanı yatırmaq üçün imperiyanın cənubuna getməli idi.
Nadiri Samaradakı məğlubiyyəti düzəltmək üçün vadar edən səbəblər içində siyasi səbəblər də var idi. O, məğlubiyyət xəbərinin imperiya ərazisində yayılaraq onun siyasi nüfuzunu azaltmasından və bərəkətli torpaqlarda başlanan üsyanın daha da böyüməsindən qorxurdu. Nadir öz nüfuzunu və eqosunu təmin etmək üçün təcili tədbirlərə başladı. Samara döyüşündə onu məğlub edən Topal paşa bunu bacaran ilk insan idi (hələ də yeganə insan olaraq qalır) və Nadir onunla yeni döyüş üçün öz ordusunun sürətli formada yenidən təşkil edilməsinə başladı.
Topal paşa da eyni zamanda öz ordusunu bərpa etməyə çalışırdı. Onun ordusu 20.000 itki vermişdi. Bu onun ordusundakı hər 4 nəfərdən birinin ölməsi demək idi. Topaş paşa döyüş zamanı 70 yaşında idi və İstanbula özündən daha gənc generalla əvəz edilməsini tələb edən xəbər göndərmişdi. O, İraqı ələ keçirmək üçün gələn növbəti Əfşar ordusunun qarşısına çıxan zaman 100.000 nəfərlik güclü ordu yarada bilmişdi.
Döyüş
redaktəİlk mərhələ
redaktəNadirin kəşfiyyatçıları onu Ağ Dərbənd vadisi boyunca yaxınlaşan 12.000 nəfərlik ordu barədə xəbərdar etdilər. Topal Paşa bu ordu bölməsini əsas ordunun qarşısında onu mühafizə etmək üçün Memiş paşanın rəhbərliyi ilə göndərmişdi. Nadir xan Memiş paşanı tələyə salmaq üçün Hacıbəy xanın rəhbərliyi ilə avanqard qoşun göndərdi. Hacıbəy xanı uzaqdan təqib edən Memiş paşa Nadirin pusquda gözləyən ordusuna tərəf çəkildi və nəticədə hər iki tərəfdən 15.000 nəfərlik ordu bölmələri Osmanlı qoşununa hücum etdilər. Nadir xan bu toqquşmada asanlıqla qələbə qazandı. Topaş paşaya Nadirin ordusunu yönləndirdiyini deyən və təqib üçün daha çox qoşun istəyən Memiş paşa bu toqquşmadan sonra ölülər arasında idi.[11]
Memiş paşanın izlədiyi marşrut Topal paşanın rəhbərliyi altındakı əsas qüvvələrdən 5 km aralıda idi. Nadir xan onu məğlub etdikdən sonra böyük sürətlə Topal paşanın üzərinə hücuma keçdi. Topal paşa bundan duyux düşdü və öz döyüşçülərinə dərhal hazır vəziyyətə gəlmək əmri verdi. Nadir xan ordusu aradakı məsafəni azaltdığı zaman piyada qoşununa yeniçərilərin üzərinə hücum etmək əmri verdi. Yüksək səviyyədə atışma başladı və Osmanlı-Səfəvi qoşunları 2 saat boyunca bir-birlərini atəşə tutdular.
Həlledici mərhələ
redaktəSəfəvi ordusunun elit tüfəngçi dəstəsi olan cəzayirçilər 2 saatlıq atışmadan sonra birbaşa yeniçərilərin üzərinə hücum etdilər.[12] Mükəmməl zamanlama ilə Nadir xan özünün süvarilərinin 2 dəstəsini də hücuma göndərdi. Hər birində 15.000 nəfərlik döyüşçü ilə Hacıbəy xan sol cınah, Nadir xan isə sağ cinaha komandanlıq edirdi. Nadir xan böyük strateji zəka göstərərək manevraları sayəsində Osmanlı qoşununun düzülüş xəttini ikili mühasirəyə aldı.[11]
Nadir xanın son əmrlərindən sonra artıq Osmanlı ordusu ön tərəfdən qılıncla hücum edən cəzayirçilər, hə cinahlardan hücum edən süvarilər tərəfindən sıxışdırılırdı. Vəziyyət belə olduğu zaman Topal paşa özünün səhvini və özünün son döyüşü olduğunu başa düşdü və son döyüşündə döyüşçülərinə qoşulması üçün at hazırlanmasını əmr etdi. Böyük hərbi strateq Topal paşa yaxın müddətdə Samarada məğlub etdiyi gənc türk tərəfindən məğlub edilirdi, lakin Topal paşa meydandan qaçıb həyatını xilas etmək yerinə döyüşçüləri ilə birgə ölməyi seçdi. Yaşlı general atının üzərində olarkən tüfənglə iki dəfə vuruldu və öldü. Səfəvi süvarisi Allahyar bəy Gəraylı Nadir xana hədiyyə etmək üçün onun başını kəsdi.
Döyüş 20.000 Osmanlı döyüşçüsü öldürüldü, bütün artilleriya Nadir xanın əlinə keçdi və Osmanlı ordusu sursatının böyük hissəsini itirdi. Samaradakı ağır məğlubiyyətin qisası beləcə alınmış oldu. Nadir onu birinci və axırıncı dəfə məğlub etmiş şəxsə hörmət əlaməti olaraq başı ilə bədənini bir yerdə dəfn olunması üçün Bağdad şəhərinə göndərdi. Lakin Topal Osman paşanın məzarı hal-hazırda Kərkükdəki İmam Qasım məscidində yerləşir.
Nəticə
redaktəNadir xan bu yürüşü başladan zaman Bağdadı ələ keçirməyi və sonra Qafqaza yeni yürüş təşkil etməyi planlayırdı. Topal paşanın məğlubiyyəti və ölümündən sonra Əhməd paşa ərazi dəyişikliyi olmaqla sülh danışıqlarına başladı. Lakin bu danışıqlar heç vaxt İstanbul tərəfindən ratifikasiya edilmədi. Kərkük döyüşünün vahiməli xəbərləri Təbrizə çatdığı zaman Osmanlı qoşunu Təbrizi boşaltdı. Nadir xana gələn yeni hesabatlara görə imperiyanın cənubundakı Məhəmməd xan üsyanı günü-gündən böyüməkdə idi və onu görməzdən gəlmək təhlükəli ola bilərdi. Bu üsyan Nadir xanı əsas məqsədi olan Bağdadı ələ keçirməkdən məhrum etdi. Nadir xan üsyanı yatırmaq və zəifləyən ordusuna yeni qüvvələr toplamaq üçün geriyə döndü.
Topal paşa sonda Kərkükdə (Ağ Dərbənddə) məğlub öldürülsə də, Samarra döyüşündə Nadiri məğlub etməklə Bağdad şəhərini Səfəvi hakimiyətinə keçməsinə mane oldu. Nadir xan Kərkük döyüşündə qazandığı qələbədən tam formada faydalana bilmədi və üsyanı yatırmaq üçün imperiyasına geri döndü. Tarixçilər düşünür ki, Topal Osman paşa Samarra döyüşündə məğlub olsaydı, Bağdad Səfəvi dövlətinin əlinə keçəcək və uzun müddət də ona tabe olacaqdı.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Lockhart, Laurence, Nadir Shah: A Critical Study Based Mainly Upon Contemporary Sources, London, 1938, s. 77. Luzac & Co.
- ↑ Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,s. 382. Etela'at Publishing
- ↑ Axworthy, Michael(2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, s. 141, I. B. Tauris
- ↑ Axworthy, Michael(2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, s. 141, I. B. Tauris
- ↑ Moghtader, Gholam-Hussein(2008). The Great Batlles of Nader Shah, s. 47. Donyaye Ketab
- ↑ Axworthy, Michael(2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, s. 190. I. B. Tauris
- ↑ Moghtader, Gholam-Hussein(2008). The Great Batlles of Nader Shah, s. 46. Donyaye Ketab
- ↑ Yıldırım, Alper. I. MAHMUD DEVRİ OSMANLI-İRAN İLİŞKİLERİ. Eskişehir: Eskişehir Osmangazi Üniversitesi. 2017.
- ↑ Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- ↑ "Topal Osman Paşa". islamansiklopedisi.org.tr. 2022-07-10 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now,p. 382. Etela'at Publishing
- ↑ "The Army of Nader Shah" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-10.
"XVIII. Yüzyıl Osmanlı Siyasî ve Sosyal Örgüsünde Bir Devlet Adamı Biyografisi: Hekimoğlu Ali Paşa (1689-1758)", Mehmet Yılmaz Akbulut, 29 Mayıs Üniversitesi, İstanbul (2020), s.303
Ədəbiyyat
redaktə- Moghtader, Gholam-Hussein(2008). The Great Batlles of Nader Shah, Donyaye Ketab
- Axworthy, Michael (2009). The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, I. B. Tauris
- Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now, Etela'at Publishing
- GÜNHAN BÖREKÇİ(2006). A Contribution to the Military Revolution Debate The Janissaries Use of Volley Fire 1593, Department of History, Ohio University