Kerimbeyli Salyan - Wikipedia
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Kərimbəyli | |
---|---|
39°47′31″ şm. e. 48°57′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2618 (2011) nəfər |
Tarixi
redaktə2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir. Kənddə həmçinin Rusiyadan köçürülmüş rus millətindən olan ailələr də yaşamışlar. XX əsrin sonunda onlar buradan köçüb getmişlər.[mənbə göstərin]
Bələdiyyə
redaktəƏhalisi
redaktəKənd əhalisinin sayı 2618 (məlumat 2011-ci ilə aiddir) nəfərdir.[mənbə göstərin]
Təhsil
redaktəDin
redaktəKənddə "Həzrəti Əbəlfəz" məscidi dini icması fəaliyyət göstərir.[1]
Görkəmli şəxsləri
redaktəAzərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli. https://modern.az/az/news/174980
İstinadlar
redaktə- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |