Kerim Aga Fateh - Wikipedia
Kərim_ağa_Fateh - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kərim Ağa Fateh (1788, Şəki – 1858) — Kərim ağa Şəkixanov Hacı Çələbinin kötücəsi, qısa müddət Şəki xanı olmuş Fətəli xanın oğlu.
Kərim ağa Fateh | |
---|---|
Doğum tarixi | 1788 |
Doğum yeri | |
Vəfat tarixi | 1858 |
Fəaliyyəti | tarixçi |
Həyatı
redaktəƏdəbi təxəllüsü "Fateh"dir. Kərim ağa Fateh "Şəki xanlarının müxtəsər tarixi" əsərini 1829-cu ildə azərbaycanca yazmışdır. Lakin 1858-ci ildə Peterburqda çap edilmiş "Əl-intixabatül-Bəhiyyə" adı topluda B.Dorn bu əsəri yanlış olaraq Hacı Əbdüllətif Əfəndinin adına çıxarmışdır. Bu yalnışlıq əsərin 1929-cu il çapında da getmişdir. Yalnız bu çapdan sonra Azərbaycan alimi Salman Mümtaz əsərin müəllifin Kərim Ağa Fateh olduğunu aydınlaşdıra bilmişdir. 1958-ci il çapında əsərin müəllifi düzgün olaraq artıq Kərim Ağa Fateh göstərilmişdir.
Əsərləri
redaktəXaarici keçidlər
redaktə- Mustafa ağa Şuxu. Kərim ağa Fatehin tərcümeyi-halı (Ədalət Tahirzadə. Şəkinin tarizi qaynaqlarda) səh. 108-114.
- Kərim Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. – "Şəki xanlığının tarixindən". Red., F.Babayev. B., 1958, s. 15-17.
- Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi, 2-ci, təkrar nəşri. “Azərbaycan Ensiklopediyası” NPB. Bakı. 1993, səh. 3-5. ISBN 89600-007-4